Gənclər və İdman Nazirliyi işə qəbul elan edir

 Gənclər və İdman Nazirliyi Tərtər “Gənclər evi” sosial xidmət müəssisəsinin rəhbər vəzifəsinə sənəd qəbulu elan edir.

Namizədlər aşağıdakı tələblərə cavab verməlidir:

- ali təhsil;

- gənclərlə iş sahəsində 2 il olmaqla, ümumi 3 il iş stajı;

- yaş həddi 35-dək;

- minimum 1 xarici dil bilmək

- idarəetmə, kommunikasiya, təşkilatçılıq, təşəbbüskarlıq kimi davranış və texniki bacarıqlara sahib olmaq.

Təqdim ediləcək sənədlər:

- CV foto ilə (iddia edilən vəzifənin adı qeyd olunmalıdır);

- Şəxsiyyət vəsiqəsinin surəti;

- Ali təhsil haqqında diplomun surəti (xaricdə təhsil alan şəxslər diplomun nostrifikasiya sənədini də əlavə etməlidir)

Müsahibə proqramı və qulluq funksiyaları barədə ətraflı linkdən tanış ola bilərsiniz:

https://bit.ly/3UB1srP

Müsahibə zamanı namizədin bacarıqları müxtəlif situasiya sualları və testlərlə yoxlanıla bilər.

Sənədlər 10 aprel 2023-cü il tarixədək elektron formada [email protected] ünvanına göndərilməlidir.

Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq və müsahibəyə dəvət olunacaq.

Müraciət etdiyiniz vəzifənin adı və yeri “mövzu” bölməsində qeyd edilməlidir.

📍Ünvan: Bakı, AZ1072, Olimpiya küçəsi, 4

Əlavə suallar üçün: (012) 465 65 72

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.