“PAŞA Sığorta” ASC namizədləri Risklərin idarəolunması departamentində Risklərin monitorinqi və araşdırılması üzrə təcrübəçi vəzifəsinə müraciət etməyə dəvət edir.


Vəzifə və öhdəliklər:

Risklərin idarəedilməsi strategiyası və siyasətinə riayət edilməsinin monitorinqini aparmaq üçün dəstək göstərmək;
Risklərin monitorinqi və araşdırılması prosesində aylıq hesabatların hazırlanmasında dəstək olmaq;
Dələduzluq riski üzrə daxil olmuş insidentlərə dair məlumatların toplanması və analizlərin həyata keçirilməsi üçün dəstək olmaq;
Araşdırma prosesində risklərin qiymətləndirilməsi məqsədilə Cəmiyyətin digər departamentlərindən, elektron informasiya sistemlərindən, eləcə də xar

ici mənbələrdən alınmış məlumatların təhlil edilməsində dəstək olmaq;


Tələblər:

İqtisadi sahədə ali təhsil (Statistika və Riyazi maliyyəyə üstünlük verilir);
Peşəkar səviyyədə Rus və İngilis dilləri arzu olunandır;
Yaxşı səviyyədə Microsoft Office proqramları;


Bacarıqlar

Şifahi və yazılı ünsiyyət;
Məntiqi və analitik düşüncə;
Dəqiqlik, detallara fikir vermək, şəffaflığa bağlılıq.
Təqdimat bacarıqları;
Komanda daxilində işləmək bacarığı;
Təşəbbüskarlıq;

Zəhmət olmasa, müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.