Kiçik təchizatçı vakansiyası
“Azerbaijan Poultry Company” MMC 2012-ci ildə regionların inkişafı üzrə dövlət proqramı çərçivəsində yaradılmış yüksək texnoloji şirkətdir. Şirkətin əsas fəaliyyəti "Mərcan" brendi altında ekoloji cəhətdən təmiz və yüksək keyfiyyətli toyuq əti istehsalıdır.
Vəzifə: Kiçik təchizatçı
Vakansiya haqqında məlumat:
- Şirkətin satınalmalar proqramının icrası;
- Şirkətin tələblərinə müvafiq olaraq satınalmalar sənədlərinin hazırlanması;
- Tələbnamələrin vaxtlı-vaxtında təmin olunması üçün tədbirlərin görülməsi;
- Tələb olunan mal və xidmətlərin təmin edəcək təşkilatların və podratçıların tapılması üçün yerli bazarların tədqiqi;
- Təminatçı tərəfindən təkliflərin əldə edilməsi və onların qiymətləndirilməsi;
- Qaimələrin yoxlanılması (mühasibatlığa təqdim olunduqdan əvvəl);
- Satınalmalar fəaliyyəti ilə əlaqəli olan bütün şərt və proseduraların tətbiq olunması;
- Bütün əməliyyatlarda Şirkətin Satınalma Təlimatlarına riayət edilməsinə əmin olmaq
Tələblər:
- Ali təhsil;
- Azərbaycan dilində səlis danışıq və yazı, rus və ingilis dillərini bilməsi üstünlükdür ;
- MS Office proqramlarının səlis istifadəsi;
- Təchizat sahə üzrə 1 il iş təcrübəsinin olması;
- 1 C proqramın bilməsi;
- Hesabat formaları və onların tərtibi qaydalarını bilməsi
- Gərgin mühit və qrafikdə səmərəli işləmə bacarığı
İş şəraitinin şərtləri
- İş qrafiki : 09:00-18:00;
- İstirahət günü: Həftədə 2 dəfə (Şənbə və Bazar günü)
- Müraciət üçün son tarix: 10.02.2025
CV-nizi başlıqda "Kiçik Təchizatçı " qeyd etməklə, əməkhaqqı gözləntinizi qeyd edərək [email protected] ünvanına göndərməyiniz xahiş olunur.
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.