Təhsilin İnkişafı Fondu aşağıdakı vakansiya üzrə işə qəbul həyata keçirir:

- Maliyyə və investisiyalar şöbəsi/ İnvestisiyalar üzrə baş mütəxəssis

Vəzifə öhdəlikləri:

  • Əməliyyat və maliyyə məlumatlarının təhlil edilməsini, analitik təqdimatların və hesabatların hazırlanmasını təmin etmək;
  • İnvestisiya layihələrinin dəyərləndirilməsini həyata keçirmək;
  • Fondun həyata keçirdiyi layihələrin izlənilməsi və icrası ilə bağlı mütəmadi hesabatların hazırlanmasını təmin etmək;
  • Proqnozlaşdırma və qiymətləndirmə məqsədli modellərin hazırlanmasını və tətbiq edilməsini təmin etmək;
  • Bazar və investisiya risklərinin idarə edilməsini həyata keçirmək;
  • İnvestisiya fəaliyyətinə dair əqdləri icra etmək;
  • Bazardakı investisiya imkanlarını araşdırmaq və təkliflər vermək;
  • İşəgötürən və birbaşa rəhbəri tərəfindən gündəlik olaraq verilən digər müvafiq tapşırıqları yerinə yetirmək.

Tələb olunan bilik və bacarıqlar:

  • Maliyyə, Menecment və ya İqtisadiyyat ixtisası üzrə ali təhsil;
  • Azərbaycan və ingilis dilləri üzrə sərbəst danışıq və yazı qabiliyyəti (rus dili üzrə isə arzuolunandır);
  • Beynəlxalq sertifikatlara (ACCA, CFA, CİMA və ya FRM) malik olması arzu olunandır;
  • MS Office proqramlarında sərbəst işləmək bacarığı;
  • Müvafiq sahə üzrə minimum 3 (üç) il iş təcrübəsinə malik olmaq;
  • Analitik düşünmə, gərgin iş rejimində işləmə, çevik qərar-vermə və problemi həll etmə bacarıqları;
  • Maliyyə təhlili və modelləşdirmə bacarıqları (maliyyə proqnozları);
  • Nizam-intizam qaydalarına riayət;
  • Komanda işi.

Göstərilən tələblərə cavab verən namizədlər CV-lərini mövzu hissəsində vakansiyanın adı göstərilməklə [email protected] elektron poçt ünvanına göndərməlidirlər.

Son müraciət tarixi: 01.04.2024-cü il

İş qrafiki: 5 günlük (09:00-18:00)

Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.


 

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.