Latviyada təqaüdlə təhsil imkanı!
Latviya Respublikası 2024-2025-ci tədris ili üzrə Azərbaycan vətəndaşları üçün Hökumətlərarası Təqaüd Proqramı (HTP) çərçivəsində bakalavriat, magistratura və doktorantura təhsil səviyyələri üzrə təqaüd proqramı elan edib.
Müsabiqədə iştirak üçün son müraciət tarixi 1 aprel 2024-cü ildir.
Qeyd edək ki, təqaüd proqramı Azərbaycan və Latviya arasında təhsil sahəsində əməkdaşlığa dair 2017-ci il iyulun 17-də Riqa şəhərində imzalanmış sazişə uyğun olaraq həyata keçirilir.
Elan: https://shorturl.at/nBG56
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.