İnsan resursları üzrə aparıcı mütəxəssis vakansiyası

 

SOCAR-ın Baş ofisinin İstedların İdarə Edilməsi və Biznes Tərəfdaşlığı Departamentinin İşçi təcrübələrinin idarə olunması şöbəsinə İnsan resursları üzrə aparıcı mütəxəssis axtarırıq:

Vəzifə funksiyaları:
🔹 Daxil olmuş vətəndaş müraciətlərinin ilkin təhlilinin aparılması, araşdırılması, onların cədvəl formasında yığılmasının təmin edilməsi, statistik hesabatın aparılması;
🔹 Şöbənin icraatına daxil olan müraciətlərin cavablandırılmasının təmin edilməsi ilə əlaqədar SOCAR-a tabe olan struktur vahidlərdən zəruri sənədlərin, o cümlədən hesabatların, arayışların və s. materialların təqdim edilməsini tələb etmək;
🔹 Daxil olmuş vətəndaş müraciətlərinin (sorğular, sosial şəbəkələrdən daxil olan şikayət xarakterli müraciətlər) qanunvericiliklə müəyyən olunmuş müddətdə cavablandırılması;
🔹 Yarımillik və illik hesabatların təqdim edilməsi zamanı daxil olan müraciətlərin kateqoriyalar üzrə çeşidlənməsinin həyata keçirilməsi;
🔹 Vətəndaş müraciətləri üzrə SOCAR-ın əmək qanunvericiliyi sahəsində fəlaiyyəti ilə bağlı daxil olmuş ərizə, şikayət və təkliflərin icrası ilə bağlı tapşırıqları yerinə yetirmək; 
🔹 Verilmiş tapşırıqları müvafiq qaydada icra etmək; işi nəzarətdə saxlamaq və şöbə rəisinə məruzə etmək;
🔹 Şöbənin fəaliyyət istiqamətlərinə əsasən müvafiq slaydların, təqdimatların, statistik hesabatların hazırlanması;


Namizədə qoyulan tələblər:
🔹 Hüquq, İqtisadiyyat və İnsan resursları üzrə ali təhsil;
🔹Hüquq və İnsan resursları istiqamətində minimum 4 il mütəxəssis və rəhbər vəzifələrdə iş təcrübəsi;
🔹 Azərbaycan Respublikasının Əmək Məcəlləsini yüksək səviyyədə bilməlidir;
🔹 Vətəndaş müraciətləri haqqında Azərbaycan Respublikası qanununu, vətəndaş müraciətlərinə baxılması və cavablandırılması qaydalarını yüksək səviyyədə bilməlidir;
🔹Azərbaycan dilini (səlis), ingilis və rus dillərini (professional working proficiency).

Vakansiyaya maraq göstərən namizədlərdən CV’lərini “İnsan resursları üzrə aparıcı mütəxəssis (İşçi təcrübələrinin idarə olunması şöbəsi) ” başlığı ilə [email protected] elektron poçtuna 30.07.2024-cü il tarixinədək göndərmələri xahiş olunur.

Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.