Bank of Baku ASC “ Texniki şöbənin kiçik eksperti” vəzifəsi üzrə vakansiya elan edir:

Vəzifə funksiyaları

 

- Bankın binalarında nəzərdə tutulmuş bərpa, yenidənqurma və təmir-tikinti işlərində iştirak etməli, ixtisaslaşdığı sahə üzrə işləri özü həyata keçirməlidir;
- Ehtiyac duyulduqda kənardan dəvət olunmuş usta-təmirçilərin işini təşkil etməli, onlara tapşırılmış işlərə nəzarət etməli və yerinə yetirilmiş işləri qəbul etməlidir.
- Bankın bütün filiallarında mütəmadi olaraq baxış keçirməli, məişət avadanlığının profilaktik təmirini təşkil və təmin etməlidir.
- Təmir –tikinti işləri üçün gərəkli materialların düzgün məqsədlərlə istifadə olunmasına cavabdehlik daşımalıdır.
- Etik Davranış Məcəlləsinin normalarına riayət etməlidir;
- Əmək müqaviləsi, Bankın Nizamnaməsi, idarəetmə orqanlarının və/və ya departamentin (filialın) əsasnaməsi, habelə fəaliyyətinə dair digər bankdaxili korporativ aktların müvafiq göstərişlərindən irəli gələn başqa funksiyaları icra edir.
- Bilavasitə rəhbəri, sahə rəhbəri və İdarə Heyətinin sədri tərəfindən verilən, Müşahidə Şurası və bankdaxili komitələrin qəbul etdiyi qərarlardan, əmək müqaviləsindən, Bankın Nizamnaməsi, idarəetmə orqanlarının və/və ya departamentin (filialın) əsasnaməsi və fəaliyyətinə dair bankdaxili korporativ aktlardan irəli gələn tapşırıq və sərəncamları qeyd-şərtsiz yerinə yetirir.

Texniki səriştəliklər

 

texniki işlər üzrə baza biliklərə malik olmalı, tikintidə təhlükəsizlik qaydalarını bilməli, sürücülük kateqoriyası olmalıdır

Sahə üzrə iş təcrübəsi:

1-3 il

Müraciət etmək istəyən namizədlər https://careers.bankofbaku.com/az/vacancies/266 linkinə daxil olaraq qeydiyyatdan keçib müraciət edə bilərlər.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.