“Azərikard” MMC Backend developer (Project) vakansiyasını elan edir axtarırıq.

Əsas vəzifə öhdəlikləri:

• Proqram təminatının hazırlanması və istismara çıxarılması, quraşdırılması və tətbiqi 
• Mövcud proqram təminatlarında yeni funksionallıqların əlavə edilməsi
• Cavabdeh olduğu və yaratdığı sistemlərin optimal fəaliyyətini, işlək vəziyyətdə saxlanmasını təmin edir;
• İş fəaliyyətini daxili normativ sənədləri (sistem siyahısı, siyasətlər, standartlar) müvafiq olaraq qurub və həyata keçirir;
• Cavabdeh olduğu və yaratdığı sistemlərin fəaliyyətində yaranmış problemlərin aradan qaldırılması üçün operativ tədbirlər görür və onların yaranma səbəblərini vaxtında araşdırır;
• Cavabdeh olduğu və yaratdığı sistemlərin istifadə olunmasında müəyyən edilmiş xətalar və görülmüş tədbirlər haqqında rəhbərliyə vaxtında məlumat verir;
• Qəbul etdiyi təsdiqlənmiş tələblərə görə cavabdeh olduğu sistemlərin və Şirkət tərəfindən xidmət göstərən avadanlıqların proqram təminatında lazım olan dəyişiklikləri və tənzimləmələri həyata keçirdir;
• Cavabdeh olduğu və yaratdığı sistemlərin fəaliyyəti üçün istifadə olunan proqram təminatlar�

�n lisenziyalarının və sertifikatlarının istifadə olunması müddətinə nəzarət edir və onların bitməsinə yaxın şöbə müdirini məlumatlandırır;
• Şöbə müdirin razılığı ilə mövcüd olan proseslərin optimallaşdırılması üçün lazım olan proqramları (skriptləri) yazır;
• Həvalə olunmuş infrastrukturu müasirləşdirmə məqsədi ilə yeni avadanlıqların və proqram təminatın alınması üçün təkliflər verir


Tələb olunan bilik və bacarıqlar:

• 3+ illik Java/J2EE proqramlaşdırma təcrübəsi
• Java və OOP dizayn prinsipləri bilikləri
• Spring (xüsusilə Spring Boot) üzrə iş təcrübəsi
• RESTful API backend inteqrasiyası üzrə iş təcrübəsi
• Microservice arxitekturası, web servislər üzrə iş təcrübəsi 
• Proqramlaşdırma problemlərini araşdırmaq və həll etmək bacarığı
• Oracle verilənlər bazası ilə iş təcrübəsi
• Design patterns ilə iş təcrübəsi
• Riyazi alqoritmlər və müasir DevOps üzrə bilik və bacarığı

Namizədlərdən CV-lərini "Backend developer (Projects)" mövzusu ilə [email protected] ünvanına göndərmək xahiş olunur.

Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaqlar.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.