ABŞ-ın Society for Science təşkilatı tərəfindən təşkil olunan Beynəlxalq Elm və Mühəndislik Sərgisi (ISEF) çərçivəsində ölkəmizdə “Sabahın alimləri” XII Respublika Müsabiqəsi keçiriləcək.

Azərbaycan Respublikasında fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin IX-XI siniflərində təhsil alan şagirdlərin elmi axtarışlara sövq edilməsi, onların elmi və yaradıcılıq fəaliyyətinin stimullaşdırılması məqsədi daşıyan müsabiqə çərçivəsində 8 (riyaziyyat, fizika və astronomiya, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya və ətraf mühitin idarə olunması, mühəndislik, kompüter elmləri) istiqamət üzrə elmi tədqiqat işinə meyli olan istedadlı şagirdlərin aşkar olunması hədəflənmişdir.

Sözügedən müsabiqədə yüksək elmi-tədqiqat nəticələri əldə edən Azərbaycan məktəbliləri ABŞ-da keçirilən Beynəlxalq Elm və Mühəndislik Sərgisinə (ISEF) göndəriləcək.

Müsabiqədə iştirak etmək istəyən şagirdlər/müəllimlər q

aydalar və müvafiq formalarla tanış olmaq, eyni zamanda qeydiyyatdan keçmək üçün www.sabahinalimleri.edu.az internet səhifəsindən aşağıdakı linklərə daxil ola bilərlər:

Qaydalar: https://bit.ly/3M4xKZP

Formalar: https://bit.ly/3SFAz5S

Qeydiyyat: https://bit.ly/3C9UT8H

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.