Xəzər Universiteti Mühasibatlıq şöbəsi mühasib vəzifəsinə vakansiya elan edir

Mühasib baş mühasibin rəhbərliyi altında aşağıdakı fəaliyyətləri həyata keçirəcəkdir:

  • Bank əməliyyatlarının icra edilməsi
  • Hesab-fakturaların və E-qaimələrin hazırlanması, göndərilməsi və təsdiqi
  • Gündəlik olaraq Bank və ƏDV depozit hesabının yoxlanılması
  • Gündəlik və aylıq hesabatların tərtib edilməsi (vergi, DSMF, statistika hesabatları və s.)
  • Debitor və kreditor sənədlərin 1C-ə işlənməsi
  • Daxil olan və silinən mal-materialların siyahıya alınması
  • Baş mühasibin tələb etdiyi digər işləri görmək

Əsas tələblər və bacarıqlar:

  • Ali təhsil (Maliyyə, Mühasibat uçotu və Audit və oxşar fakültələr)
  • 21-30 yaş aralığı
  • Dil bilikləri: Azərbaycan dilini səlis bilməli; əcnəbi tələbələr və müəllimlərlə ingilis dilində şifahi və yazılı ünsiyyət qura bilməlidir
  • 1C proqramından istifadə bacarığı
  • E-taxes.gov.az və s. portallardan istifadə etmək
  • MS Office proqramları üzrə biliklər (xüsusilə Excel)
  • Yaxşı səviyyədə riyazi biliklər və analitik qabiliyyət
  • Yüksək ünsiyyətqurma və komandada işləmək bacarığı

Maraqlanan namizədlər öz CV-lərini fevral ayının 15-nə qədər Xəzər Universitetinin baş mühasibi Ləman Vurğun qızına (e-mail: [email protected]) “Mühasib” başlığı altında göndərə bilərlər. 

Qeyd: Əmək haqqı namizədin kvalifikasiyasından asılı olaraq işə qəbul üzrə komissiya tərəfindən müəyyən edilir.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.