Sağlam Ailə tibb mərkəzində marketinq rəhbəri vakansiyası 

 

Vəzifə və öhdəliklər:

  • Mövcud və gələcək məhsul və xidmətlərə qarşı bazar tələblərinin müəyyənləşdirilməsini təşkil edərək, şirkətin bazarda təqdim etdiyi xidmətlər üzrə sosial media fəaliyyətlərini koordinasiya etmək;
  • Şirkətin rəqəmsal marketinq fəaliyyətlərinin icrasını təmin etmək;
    Müştərilərin tədqiqi, cari bazar vəziyyəti və rəqiblər barədə məlumatların analizini hazırlamaq;
  • Rəqabət analizi və təhlillərin aparılmasında iştirak etmək;
  • Müştəri bazası, məhsul və xidmətlərin analiz prosesində iştirak edərək, reklamların sifarişə və hazırlanmasına nəzarət etmək;
  • Müştəri xidmətlərinin yaxşılaşdırılmasına dair layihələri təşkil və həyata keçirmək;
  • Marketinq sahəsinin inkişafı məqsədilə, daim yeni axtarışlar etmək və müvafiq istiqamətlər barədə rəhbərliyə məlumat vermək;
  • Şirkətin strateji marketinq planının icrasını həyata keçirərək, tabeliyində olan komandanı idarə etmək;
  • Kampaniyaların effektivliyini izləmək, əsas göstəricilərini və KPI-ları müəyyənləşdirib, təhlil etmək və təkmilləşdirmə sahələrini müəyyən etmək
  • Ən yeni və səmərəli SEO təcrübələrini analiz və tətbiq etmək
  • Marketinq kommunikasiya kanalları ilə işləmə bacarığı;
  • Satışın artırılmasına yönəlik aktivliklər, kampaniyalar təşkil etmə və hesabatlılığın təmini.

Namizədə olan tələblər:

  • Ali təhsil (Marketinq, Biznes, Menecment sahəsində üstünlükdür);
  • Marketinq sahəsində rəhbər kimi minimum 5 il iş təcrübəsi mütləqdir;
  • Azərbaycan dili - yüksək, İngilis və Rus dilləri arzuolunandır;
  • Yüksək analitik qabiliyyət, ünsiyyət və təqdim etmə bacarıqları;
  • Dürüstlük, məsuliyyətlilik,çeviklik, idarəetmə bacarığı;
  • Məqsədyönlülük, təşəbbüskarlıq, yenilikçilik, kreativlik;
  • Komandada işləmə və komandanı idarəetmə.

İş şərtləri:

  • İş qrafiki: həftə içi beş gün (istirahət günləri: şənbə, bazar və istehsalat təqviminə uyğun olaraq qeyri iş günləri)
  • İş vaxtı: 09:00-18:00;
  • Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun müsahibə əsasında müəyyən olunacaq.

Əlavə:

  • İşçi illik check up paketi ilə təmin olunur.
  • İşçinin özü və ailə üzvlərinə tibbi xidmətlərdə 50 faiz endirim təklif olunur;
  • Şirkət daxili təlim və inkişaf imkanları.

Göstərilən tələblərə uyğun namizədlər CV-lərini [email protected]  emailin mövzu hissəsinə “Marketinq rəhbəri” qeyd etməklə elektron ünvanına göndərə bilərlər.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.