Aqrar İnnovasiya və Təchizat Şirkətimiz "Marketinq üzrə kiçik mütəxəssis" vakansiyasını elan edir:

Namizədə olan tələblər:                           
 
·           Ali təhsil(Biznesin idarə edilməsi, Marketinq və s.);
·           Azərbaycan dili səlis, rus və ya ingilis dili əla səviyyədə olmalı;
·           Marketinq sahəsində ən azı 1 il iş təcrübəsi olmalı;
·           Ofis proqramlarını (MS Word, MS Excel, MS Outlook) bilməli;
·           Ezamiyyətlərə hazır olmalı.
 
Vəzifə öhdəlikləri:
 
·           Marketinq kommunikasiyaları istiqaməti üzrə ixtisaslaşır;
·           Sərgilər, yarmarkalar, təqdimat və açılış tədbirləri və s.

təşkilində iştirak edir;
·           POP/POS materialların hazırlanmasını təmin edir, mətbəələr və kreativ agentliklərlə işi təşkil edir;
·           Satış nöqtələrinin brendləşməsi üzrə sifarişləri icra edir;
·           Kütləvi informasiya vasitələri ilə işlərin təşkilində iştirak edir.



İş şərtlərimiz:
 
·           Əmək haqqı: 800-1000 AZN;
·           İş qrafiki: Tam iş günü (5 gün);
·           İş saatları: 08:30-17:30;
·           Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti, Məhəllə 1965, Çinar Park, Bina 1.
 
 
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Marketinq üzrə kiçik mütəxəssis” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.