"Kaspi" Təhsil Şirkəti Gəncə filialı üçün “Abituriyent bölmə rəhbəri” vəzifəsi üzrə vakansiya elan edir. 

 

Təhsil: 

Ali təhsil (bakalavr və ya magistr dərəcəsi) tələb olunur. Təhsilin idarə edilməsi, pedaqogika, tədris metodikası və ya müvafiq sahədə təhsil üstünlük təşkil edir. 

Təcrübə: Təhsil sahəsində minimum 3-5 il iş təcrübəsi; Tədris və ya idarəetmə təcrübəsi üstünlükdür;

 Bacarıqlar:

 • Güclü liderlik və idarəetmə bacarıqları;

 • Effektiv kommunikasiya və yazılı nitq bacarıqları; 

• Problem həll etmə və qərar qəbul etmə qabiliyyəti; 

• Müxtəlif proqram təminatları ilə işləmə bacarığı (Microsoft Office, təhsil idarəetmə sistemləri və s.); 

• Yerli qanunvericilik və təhsil normativ aktlarını bilmək; 

• Şagird davranışının idarəolunması ilə bağlı nəzəri-praktiki biliklər;

 • Komanda ilə işləmə bacarığı və müstəqil işləmək qabiliyyəti. 

Şəxsi Keyfiyyətlər:

 • Məsuliyyətlilik və təşkilatçılıq qabiliyyəti;

 • Müxtəlif insanlarla işləmə bacarığı;

 • Tədris prosesinə və tələbələrin inkişafına maraq; 

Abituriyent bölmə rəhbəri Vəzifə öhdəlikləri:

 • Daxili bazaların tərtib olunmasına, düzgün şəkildə məlumatların qeyd olunmasına nəzarət etmək;

 • Şagirdlərin bölmə, sinif, qrup üzrə qəbul bal göstəricilərinə görə təsnifatlaşdırmaq; 

• Müəllim ehtiyaclarını müəyyənləşdirmək və mövcud müəllimlərə dərs saatlarının verilməsini təmin etmək; 

• Kursa yeni yazılan və kursdan çıxan abituriyentləri nəzarətdə saxlamaq; 

• Abituriyent iş şöbəsinin hesabatını aparmaq; 

• Sınaq imtahanlarını təşkil etmək və sınaq imtahan nəticələrinin analiz etmək, hesabatını hazırlamaq; 

• Sosial fəaliyyətləri təşkil etmək; 

• Şikayət, təklif, rəy və fikirləri dinləmək və tədbir görmək; 

• Kuizlərin keçilməsinə nəzarət etmək;

 • İclasların keçirilməsini təşkil etmək; 

Son müraciət tarixi: 31.07.2024

 • Maraqlananlar www.kaspi.edu.az veb səhifəsinin Karyera bölməsində göstərilən işə müraciət formasını doldurmaqla (https://www.kaspi.edu.az/career/) və ya [email protected] email ünvanına müraciət edə bilərlər; • Yalnız müraciət formaları ilkin baxışdan uğurla keçən namizədlərlə əlaqə saxlanılacaq.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.