“A+CO” ASC “İşə qəbul üzrə kiçik mütəxəssis” vəzifəsi üzrə işçi axtarışı elan edir. 
 


Vəzifə öhdəlikləri:



• Açıq vakansiyaları təhlil etmək, şirkət daxili və şirkət xarici elanları hazırlamaq və yerləşdirmək;
• Elan olunan vakansiyalar üzrə namizədlərin axtarışını icra etmək; 
• Gündəlik müsahibə cədvəlini aparmaq;
• Namizədlər üçün imtahanları və test yoxlanışlarını təşkil etmək;
• Müsahibədən sonra namizədlərə nəticələrlə bağlı məlumat vermək;
• Şirkətin işə qəbul siyasətinə riayət olunmasını təmin etmək;
• İlkin tanışlıq (onboarding) və adaptasiyanın izlənilməsi prosesini təşkil etmək.
 


Tələblər: 



• Ali təhsil (İnsan resursları, menecment, sosiologiya və ya psixologiya);
• İşə qəbul üzrə təcrübə arzuolunandır;
• MS Office proqramlarından istifadə etmək bacarığı;
• Məsuliyyətlilik, komanda ilə iş bacarığı.
 


İş şəraiti:



• İş yeri: Xırdalan şəhəri;
• İş qrafiki: 5 günlük, saat 08:00-17:00;
• Nahar, korporativ nömrə və iş yerinə çatdırılma servis xidməti ilə şirkət tərəfindən təmin olunur.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “İşə qəbul üzrə kiçik mütəxəssis" yazaraq [email protected] ünvanına göndərilməsi xahiş olunur.

Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.