Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqənin qalibi olan “KHAN ACADEMY" Hər bir şagird və hər bir sinif üçün real nəticələr" layihəsinin açılış mərasimi keçirilib.
Layihənin açılışı 317 nömrəli tam orta məktəbdə baş tutub.
Açılış mərasimində Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri Rüfət Əsədzadə, Suraxanı Rayon İcra Hakimiyyətinin əməkdaşı Anar Əsədullayev, məktəb direktorları, müəllimlər, şagirdlər və valideynlər iştirak edib.
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb və Vətən uğrunda canından keçmiş qəhrəman şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Açılış mərasimində məktəbin direktoru, la
Qrant Layihənin həm şagirdlərin rəqəmsal bacarıqlarının, həm də riyazi savadlılığının və məntiqi təfəkkürünün inkişafında böyük rol oynayacağı barədə məlumat verib.
Layihə sentyabrın 15-dən martın 15-dək davam edəcək.