Gənc Könüllülərin Tanker - muzeydə təcrübə proqramına yenidən start verilir! 

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Suraxanı” gəmi-muzeyi və “Gənc Könüllülər” İctimai Birliyinin könüllülük sahəsində tərəfdaşlığı haqqında imzalanan memoranduma əsasən Gənc Könüllülərin Tanker - muzeydə təcrübə proqramı həyata keçiriləcək.

Təcrübə proqramının keçirilməsində məqsəd gənclərin maarifləndirilməsi, vaxtlarının səmərəli keçirilməsi və praktiki bacarıqların artırılmasıdır.

Proqram çərçivəsində Gənc Könüllülər mütəmadi olaraq muzeyə səfər edən qonaqların qarşılanması, onlara bələdçilik və tərcümə xidmətlərinin göstərilməsi, mühasibatlıq işləri və İT sahəsi üzrə fəaliyyət göstərəcəklər.

 Qeydiyyat linki: https://bit.ly/3ROwRqZ

 Son müraciət tarixi: 16 fevral 2023

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.