"Prior Leasing” komandasına İnsan Resursları üzrə Mütəxəssis axtarışındayıq
 


Namizədə olan tələblər:



• Təhsil: Ali təhsil;
• Müvafiq sahədə ən azı 1-3 illik iş təcrübəsi;
• AR Əmək Məcəlləsi və mövcud əmək qanunvericiliyi üzrə biliklər;
• MS Office proqramları ilə sərbəst işləmək bacarığı
 


Vəzifə öhdəlikləri:



• Azərbaycan Respublikası Əmək Məcəlləsini əsas tutaraq İnsan Resursları üzrə müvafiq əməliyyatları həyata keçirmək;
• İşçilərin əmək müqavilələrini hazırlamaq, bağlanmış müqavilələrə xitam vermək, ƏMRlərin tərtibi və s. bu kimi sənədləşmə işlərini AR Əmək qanunvericiliyinə uyğun olaraq düzgün və vaxtında aparılmasını təmin etmək;
• İşçilərin şəxsi işlərini formalaşdırmaq və sistemləşdirmək;
• Aylıq tabelləri tərtib etmək;
• Müvafiq dövlət portallarında gündəlik əməliyyatları icra etmək;
• İşçilərin məzuniyyət uçotunu aparmaq;
• İşçilər barədə məlumatları özündə cəmləşdirən məlumat bazasını (data baza) hazırlamaq və mütəmadi yeniləmək;
• Əməkdaşların daxili intizam qaydalarına və davamiyyətinə nəzarət edərək rəhbərliyə müvafiq hesabatları mütəmadi olaraq təqdim etmək;
• İşçilərin təlim kurslarında, seminar və konfranslarda iştirakını təşkil etmək;
• Dövlət qurumlarına aylıq hesabatların təqdim edilməsi məqsədilə mühasibatlıq şöbəsinə müvafiq məlumatları təqdim etmək;
• Şöbənin fəaliyyəti barəsində aylıq və illik hesabatları hazırlamaq və İR rəhbərə təqdim etmək.

 


İş şərtlərimiz:


• İş qrafiki: Tam iş günü (5 gün);
• İş saatları: 08:30-17:30.
• Ünvan: Çinar Park (N.Nərimanov)


Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “İnsan Resursları üzrə Mütəxəssis” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.