AVRORA MMC “İstehsal üzrə Mühasib" vəzifəsi üzrə vakansiya elan edir!

Əsas vəzifə öhdəlikləri :

·     İstehsal əməliyyatlarının maliyyətinin hesablanması;
·     İstehsal xərclərinin bölüşdürülməsi;
·     İstehsal əməliyyatlarının yoxlanılması, plandan kənarlaşmaların aşkar edilməsi;
·     Aylıq istehsal sahələrinin inventarizasiyasında iştirak edilməsi, sayım nəticələrinin qiymətləndirilməsi və sistemə daxil edilməsi;
·     Məhsul resepturalarının sistemə daxil edilməsi;
·     Anbar qalıqlarının uçotunun aparılması;
·     İnventarların hərəkətlərindəki anbar qalıqlarına edilən dəyişikliklərə nəzarət edilməsi;
·     Gündəlik və aylıq hesabatların hazırlanması;
·     Daxili hesabatların hazırlanması və təqdim olunması;
·     Debitor və kreditorların uçotunun aparılması.

Tələb olunan bilik və bacarıqlar :

·     Dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti;
·     Kollektivdə işləmə bacarığı.

Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri :

·     Təhs

il: Maliyyə və ya mühasibatlıq ixtisası üzrə bakalavr dərəcəsi;
·     ERP proqramları üzrə biliklər;
·     Beynəlxalq maliyyə hesabatı standartları haqqında biliklər (F3);
·     İş təcrübəsi: Maliyyə sahəsi üzrə 1-3 il iş təcrübəsi;
·     Dil bilikləri: Azərbaycan (əla), İngilis (orta) və Rus dili (orta);
·     Kompüter bilikləri: MS Office proqramlarından sərbəst istifadə bacarığı (Excel bilikləri yüksək səviyyədə).

İş şərtlərimiz :

·     İş qrafiki: Tam iş günü (5 gün);
·     İş saatları: 09:00-18:00;
·     İş yeri: Bakı şəh., Aşıq Molla Cümə küç. 46C.

Biz nə təklif edirik :

·    Əmək bazarında rəqabətli əməkhaqqı;
·    İşçilərə qayğı proqramı;
·    Peşəkar komanda mühiti;
·    Nahar;
·    Təlim və inkişaf imkanları.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “İstehsal üzrə Mühasib” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.