Təhsil İnstitutu aşağıdakı fənlər üzrə kurikulumların təkmilləşdirilməsi üçün mütəxəssislər axtarır.

  • Azərbaycan tarixi
  • Ümumi tarix
  • İnformatika

Namizədlər üçün minimum tələblər:

  • İxtisas fənni üzrə dərin bilik və bacarıqlar
  • Müasir pedaqoji yanaşmalara dair məlumatlılıq
  • Fikirləri yazılı formada ifadə etmə təcrübəsi
  • Araşdırma və təhlil üzrə səriştə
  • Ən azı 5 illik pedaqoji təcrübə
  • Sərbəst iş qrafiki
  • Xarici dil üzrə bilik və bacarıqlar arzuolunandır

Müraciət forması: Yuxarıdakı tələblərə cavab verən və müvafiq kurikulumların təkmilləşdirilməsi üzrə əməkdaşlıq etmək arzusunda olan şəxslərdən özləri haqqında məlumatları (CV) 30 mart 2023-cü il tarixinədək [email protected] poçt ünvanına göndərmələri xahiş olunur. Emailin başlıq bölməsində “Azərbaycan tarixi (şərti olaraq) fənni üzrə kurikulum mütəxəssisi” qeyd edilməsi vacibdir.

Daxil olmuş CV-lər əsasında tələblərə cavab verən namizədlər müəyyənləşdiriləcək və növbəti mərhələlərə dəvət ediləcəklər.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.