‘’Kristal Abşeron’’ şirkətində Memar vakansiyası aktivdir.

Namizədə dair tələblər:
- Memarlıq üzrə ali təhsil;
- Müvafiq sahə üzrə 2-3 il iş təcrübəsi;
- Müasir tikinti norma və qaydalarını bilməli;
- MS Office (Word, Excel), Autocad, ArchiCAD proqramlarında işləməyi bilməli;
- Azərbaycan dilini mükəmməl bilməli, Rus dili bilməsi arzuolunandır.

Vəzifə öhdəlikləri:
- Layihələrin planlaşdırılması, hazırlanması və icrası;
- Sifarişçilərlə danışıqlar aparmaq və onların tələblərini başa düşmək;
- Layihələri AzDTN-na uyğun işləməli və ekspertizada müdafiə etməli;
- Tikilini layihələşdirmək, dəyərləndirmə və yoxlanış nəticələrini təqdim etmək;
- Planlaşdırma zamanı texniki elementlərdən istifadə etmək və xüsusi elementlərin dizayn və hesablanması ilə bağlı mühəndislə əlaqə saxlamaq;
- Layihə ilə bağlı ətraflı texniki və iqtisadi hesablamalar aparmaq;
- Tikinti və inşaat işlərinin layihəyə uyğun aparılmasına nəzarət etmək;
- Ərazinin müntəzəm monitorinqini aparmaq və məsələlər ilə bağl�

� aidiyyəti mütəxəssislərlə məsləhətləşmək;
- Təlimatlar, hesablamalar, tikinti və inşaatın konkret planlaşdırılması, heyətlə bağlı texnikləri yönləndirmək;
- Quraşdırma işlərini müzakirə etmək və xüsusi icazələrin alınmasını təmin etmək;
- Təkliflərin hazırlanması, onların qiymətləndirilməsi, eləcə də müqavilələrin icra olunmasını təşkil etmək;
- Yeni sistemin icrası və onun mövcud struktur və layihələrə inteqrasiyası ilə bağlı podratçılar, sifarişçilər, səlahiyyətli şəxslər və yardımçı heyətlə müzakirələr və məsləhətləşmələr aparmaq.

İş şəraiti:
- 6 günlük iş qrafiki (şənbə yarı gün);
- İş yeri: Bakı, Hüseynbala Əliyev 32/24
- Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.

Əlaqə:
Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “Memar” üzrə yazmaqla [email protected] elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.