Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda “Xəzinədarlıq departamenti, Pul və Valyuta bazarında əməliyyatlar şöbəsi, Kiçik mütəxəssis / Mütəxəssis” vakansiyasını elan edirik.

Siz elektron poçtun “mövzu” yerinə “Xəzinədarlıq_Mütəxəssis” qeyd etməklə öz CV-lərinizi [email protected] ünvanına göndərə bilərsiniz.

Struktur: Xəzinədarlıq departamenti, Pul və Valyuta bazarında əməliyyatlar şöbəsi
Vəzifə: Kiçik mütəxəssis / Mütəxəssis
Bilavasitə tabeçiliyi: Departament direktoru və / və ya şöbə meneceri


Vəzifə öhdəlikləri:

  • Banklararası pul bazarı əqdlərinin ABS-də uçotu, sənədlərin tərtibi;
  • Banklararası valyuta bazarı əqdlərinin ABS-də uçotu, sənədlərin tərtibi;
  • Digər Xəzinədarlıq əməliyyatlarının ABS-də uçotu, sənədlərin tərtibi;
  • Ehtiyac olduqda, MT1XX, MT2XX, MT3XX tipli sənədlərin SWIFT terminalına daxil edilməsi;
  • Qiymətli kağızlar bazarında əməliyyatların uçotu, sənədlərin tərtibi
  • Şöbənin fəaliyyəti ilə bağlı əməliyyat və sahələr üzrə hesabatların hazırlanması;
  • Valyuta bazarında məzənnələrinin mütəmadi monitorinqi;
  • Departament tərəfindən təşəbbüs edilən layihələrdə fəal iştirak etmək;
  • Şöbənin fəaliyyətinə aid Bank daxili normativ sənədlərin hazırlanması;
  • Şöbənin fəaliyyəti ilə bağlı təqdimatların hazırlanması.

Tələblər:

  • Ali təhsil (Iqtisadi və ya riyazi);
  • Bank qanunvericiliyini bilmək;
  • Müvafiq sahədə minimum 6 ay iş təcrübəsi;
  • Valyuta bazarının alətləri haqqında biliklər;
  • Pul, valyuta və qiymətli kağızlar bazarının alətləri haqqında biliklər;
  • SWIFT formatları haqqında biliklər;
  • Microsoft Office proqramları (əsasən Word, Excel, PowerPoint)  yüksək səviyyədə bilmək;
  • Azərbaycan dilini – mükəmməl, Rus və ya İngilis dilləri üzrə yüksək biliklər mütləqdir;
  • Analitik təhlil, kritik düşünmə bacarıqları;
  • Təşəbbüskarlıq, məsuliyyət, dəqiqlik;
  • Stres vəziyyətlərdə işləmək bacarığı;
  • Komandada işləmək bacarığı.

Biz Sizə nə təklif edirik:

  • Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
  • Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
  • Tibbi sığorta proqramına qoşulma;
  • Müasir idarəetmə sistemi və mehriban kollektiv.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaqdır.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.