Karyera İnkişafı üzrə Mütəxəssisi Axtarılır!


*İŞ HAQQINDA MƏLUMAT
Universitetdə Məzun Platformasını yaratmaq;
Universitetin məzunlarının işlə təmin edilməsinə köməklik göstərmək;
Universitetin tələbələrinin işlə bağlı maraq dairəsini öyrənmək üçün sorğular keçirmək, CV-lərini hazırlamaq, CV bazası yaratmaq;
Vakansiyaları daima izləmək, onlar haqqında məlumat almaq, şirkətlərin HR menecerləri ilə görüş təşkil etmək və onlarla əməkdaşlıq etmək;
Universitetdə karyera günlərini təşkil etmək;
Müxtəlif təşkilatların nümayəndələrini dəvət etmək, onların tələbələrlə görüşlərini təşkil etmək;
Tələbələr üçün treyninqlər və seminarlar təşkil etmək;
Məzun günlərinin təşkilinə və keçirilməsinə köməklik göstərmək; Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə, universitetin Nizamnaməsinə, təsisçilərin Ümumi Yığıncağının və Elmi Şuranın qərarlarına, rektorun əmr və göstərişlərinə əməl etmək;
Öz səlahiyyətləri çərçivəsində rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək

*MƏSULİYYƏTİ
Əmək funksiyasının icrasına səhlənkar yanaşdığına və vaxtında yerinə yetirilməməsinə görə məsuliyyət daşıyır;
Universitetin maraqlarının, universitetdə konfidensial hesab edilən məlumatların qorunmamasına görə məsuliyyət daşıyır;

*H�

�QUQLARI
Departamentin işinin təşkili ilə əlaqədar təkliflər vermək;
Öz vəzifələrini yerinə yetirmək üçün digər struktur bölmələrdən lazımi məlumatları (kommersiya sirrini təşkil edən (konfidensial hesab edilən) məlumatlar istisna olmaqla) almaq;
Departamentin fəaliyyəti ilə əlaqədar məsələlərin müzakirəsində iştirak etmək;
Həyatının, sağlamlığının və əməyin mühafizəsini təmin edən əmək şəraitində çalışmaq;
İş yeri, vəzifəsi, aylıq əmək haqqı və əmək münasibətləri ilə bağlı digər məlumatlar barədə işəgötürəndən müvafiq arayışlar almaq

*NAMİZƏDLƏR AŞAĞIDAKI TƏLƏBLƏRƏ CAVAB VERMƏLİDİRLƏR:
Təhsil pilləsi (minimum): Bakalavr İxtisası: Fərq qoyulmur
İş təcrübəsi (minimum): 3-5 il əmək stajı
Dil bilikləri: Azərbaycan; rus və ingilis dili (arzuolunandır)
Kompüter bilikləri: MS Ofis proqramları

*İŞ ŞƏRAİTİ
İş yeri: Bakı şəhəri,Nəsimi rayonu,Ceyhun Hacıbəyli,71.(Azərbaycan Universiteti)
İş saatı: 1-5-ci günlər 08:30-17:30
Əmək haqqı: 800-1000 Azn

Tələblərə cavab verən maraqlı namizədlərdən xahiş olunur ki, CV-lərini
[email protected] e-ünvanına təqdim etsinlər. Müraciət etdiyiniz vəzifənin adını e-məktubunuzun mövzu hissəsində göstərin (Karyera inkişafı üzrə mütəxəssis). Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaq.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.