SDG Bootcamp- Dayanıqlı İnkişaf Məqsədləri üzrə "Bootcamp"

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Gənclər Fondu və BMT-nin Azərbaycan Nümayəndəliyinin dəstəyi ilə ATGTİ tərəfindən həyata keçirilən “AzMUN” programı çərçivəsində Azərbaycan Memarlıq və İnşaat Universitetində "SDG Bootcamp" təşkil olunacaq. 

"Bootcamp" 1,2,3, və 4-cü Dayanıqlı İnkişaf Məqsədlərinə həsr olunacaq. Layihənin məqsədi gəncləri bu məqsədlər haqqında marifləndirmək və məlumatlandırmaqdır. 

 

"Bootcamp" çərçivəsində Dayanıqlı İnkişaf Məqsədləri ilə bağlı BMT-nin agentliklərinin nümayəndələri tərəfindən interaktiv təlim və qrup işləri keçiriləcək, sonda qalib komanda mükafatlandırılacaqdır.

Qeyd: Bütün ali təhsil müəssisələrinin tələbələri müraciət edə bilərlər.

"Bootcamp" azərbaycan dilində keçiriləcəkdir.
 


🗓 14 Mart
⏰ 14:00-16:00

Seçilən iştirakçılara e-mail vasitəsi ilə təsdiq mesajı göndəriləcək.

 

Qeydiyyat

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.