“Rəqəmsal Tibbi Həllər” MMC-nin Proqram Təminatının vizuallaşdırılması şöbəsində Məsləhətçi (Front-End Developer) vakansiyası aktivdir.



Vəzifə öhdəlikləri:

• Cəmiyyətin siyasətinə və prioritetlərinə uyğun olaraq proqram təminatı üzrə işləri müəyyən edərək inkişaf fəaliyyətlərinin planlaşdırılmasında iştirak etmək;
• Şöbə üzrə proqram təminatı istiqamətində müvafiq prosedurların və siyasətlərin hazırlanmasında iştirak etmək;
• Cəmiyyətin müəyyənləşdirilmiş proseslərinin tələbləri üzrə proqram təminatının yazılmasında iştirak etmək;
• Yeni məhsulların yaradılmasında iştirak və onların tətbiqi metodlarının seçilməsi;
• Təşkilati inkişaf baxımından proqram təminatı üzrə yeni yazılacaq və ya alınacaq proqram təminatının kod səviyyəsində mənimsənilməsində birbaşa iştirak;
• Digər əməkdaşların sahəsi üzrə təkmilləşməsi və proqram təminatını mənimsənilməsi tədris prosesində iştirak;
• Cəmiyyətin istifadəsində olacaq proqram təminatı üzrə digər proqramçılara dəstək və təlim komandasını formalaşdırılmasında iştirak;
• Cəmiyyətin istifadəsində olacaq proqram təminatı üzrə kod versiyalarının jurnallarının tərtib edilməsi və manual şəklində saxlanması;
• Əmək funksiyalarının icrasını təmin etmək məqsədi ilə rəhbərlik tərəfindən verilən şifahi, yazılı göstərişlərin və mövcud şirkətdaxili qaydaların icrası;
• Cəmiyyətin inkişafı baxımından proqram təminatı üzrə yeni yazılacaq və ya alınacaq proqram təminatının kod səviyyəsində mənimsə

nilməsində birbaşa iştirak;
• Cəmiyyətin mövcud olan proqram təminatının yeni məhsullara uyğun yazılması və digər tələb olunan proqramlara inteqrasiyası üsullarının texniki yazılması;
• Şöbənin fəaliyyət nəticələrinə dair hesabatların hazırlanmasında iştirak;

Vəzifə üçün tələblər:

• Komputer Elmlərinin Əsasları (Alqoritm and Data Strukturlar) haqqında biliklər
• Frontend development sahəsində 3+ il peşəkar təcrübə, xüsusilə React.js və Next.js ilə iş təcrübəsi.
• JavaScript, HTML və CSS üzrə güclü biliklər və frontend texnologiyaları ilə iş üzrə qabaqcıl təcrübə.
• React ekosistemindəki əsas kitabxanalarla (Redux, Context API, React Router və s.) iş təcrübəsi.
• Müasir frontend build alətləri və iş axınları ilə təcrübə (Webpack, Babel, npm və s.).
• TypeScript və/və ya digər statik tipli dillərlə təcrübə.
• Testing framework-ləri və metodologiyaları üzrə biliklər (Jest, React Testing Library və s.).
• GİT-lə işləmə təcrübəsi (yaranan kofliktləri problemsiz şəkildə həll etmək)
• Səmərəli, səliqəli, sürətli, təhlükəsiz, anlaşılan və genişlənə bilən kod yazmaq bacarığı 
• Analitik düşüncə, yeni texnologiyalardan öyrənib tətbiq etmək bacarığı
• Texniki sənədləri oxumaq, anlamaq və yazmaq bacarığı

 Vakansiyaya uyğun namizədlər CV-lərini [email protected] email ünvanına göndərə bilərlər.

Qeyd: Göndərilən CV-lərdə mövzu adı yerində “Frontend Developer” qeyd olunmalıdır.

Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.