“Kapital Bank” ASC namizədləri IT risklərinin idarə edilməsi departamentinin Informasiya təhlükəsizliyi strategiyası və risklərin idarə edilməsi şöbəsinin rəisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər:
 
·      Bankın İT və informasiya təhlükəsizliyi sahəsində risklərin aşkarlanması və qabaqlayıcı tədbirlərin müəyyən edilməsi üçün müvafiq yanaşmanı tətbiq etmək;
·       Bank üzrə İT və İnformasiya Təhlükəsizliyi risklərinin idarə edilməsi təşkili və inkişaf etdirmək.
·      İT və informasiya təhlükəsizliyi sahəsində olan uyğunsuzluqları müəyyən etmək məqsədilə yoxlamaların həyata keçirilməsinin təmin etmək;
·      Bank əməkdaşlarının informasiya təhlükəsizliyi üzrə maarifləndirilməsi istiqamətində tədbirlərinin həyata keçirilməsini təmin etmək;
·       İnformasiya Təhlükəsizliyi üzrə requlyator tələblərinin və beynəlxalq təcrübələrin tətbiq olunması üzrə tədbirləri həyata keçirmək.
·      İnformasiya təhlükəsizliyi üzrə müəssisədaxili normativ sənədlərin hazırlanmasında iştirak etmək; 
·      İnformasiya Təhlükəsizliy

i İdarə Edilməsi Sisteminin təkmilləşdirməsi işin təşkil edilməsi
·      Sahə üzrə inkişaf planı və strategiyaların hazırlanması üçün təkliflər vermək İnformasiya təhlükəsizliyinin təmin edilməsi üçün nəzarət mexanizmlərinin qurulmasını təmin etmək.
·      Daxili və xarici auditorlarla koordinasiyalı işin təşkili;
 
Tələblər:
 
·      İnformasiya təhlükəsizliyi və İT sahəsi üzrə ali təhsil (magistr dərəcəsinə üstünlük veriləcək); 
·      İnformasiya Təhlükəsizliyi, İT, Əməliyyat riskləri və ya digər əlaqəli sahə üzrə minimum 5 il; 
·      ISO 27001, NIST, COBIT, ITIL və s kimi standardlar haqqında praktiki biliklərin olması; CISSP, CISA, CISM, ISO 27001, CRISC kimi sertifikatları olanlara üstünlük verilir; Nəzarət etmək, qərar vermək, nəticəyə yönəlmək bacarıqları;  

Biz Sizə stabil iş yeri, dinamik inkişaf və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, hr.kapitalbank.az portalımızdan qeydiyyat keçərək və ya [email protected] mail ünvanına CV-nizi göndərərək vakansiyamıza müraciət edə bilərsiniz.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.