Təhsil İnstitutu “qeydiyyatçı” (resepşn) vəzifəsinə vakansiya elan edir!

Tələblər:

  • Ali təhsil;
  • Müvafiq sahə üzrə iş təcrübəsi;
  • Azərbaycan dili (şifahi və yazılı) yüksək, İngilis və rus dilləri ünsiyyət səviyyəsində;
  • “MS Office” proqramlarında sərbəst işləmək bacarığı;
  • Səlis danışıq və ünsiyyət qabiliyyəti;
  • Məsuliyyətli, diqqətli və stresə davamlı;
  • Səliqəli, punktual, xoş görünüşlü, kollektivdə işləmə bacarığı;
  • 25-35 yaş arası namizəd.

Vəzifə öhdəlikləri:

  • Telefon zənglərinin cavablandırılması, qeydiyyata alınması və müvafiq şöbələrə yönəldilməsi;
  • ARTİ-yə daxil olan və digər təşkilatlara göndərilən sənədlərin qeydiyyata alınması. Sənədlərin poçt vasitəsilə müvafiq ünvanlara göndərilməsi;
  • Vətəndaş müraciətlərinin qəbulu və qeydiyyata alınması;
  • Vətəndaş qəbulu üzrə qeydiyyat işlərinin aparılması;
  • Kargüzarlıq işlərinin aparılması.

İş qrafiki:

  • I-V günlər 09:00-18:00 arası;
  • Nahar fasiləsi: 13:00-14:00 arası;
  • İstirahət və qeyri-iş günləri AR Əmək Məcəlləsinə uyğun tənzimlənir.

İş yeri:

Bakı şəhəri, Təhsil İnstitutu (Afiyəddin Cəlilov küçəsi 86)

Qeyd olunan tələblərə uyğun gələn namizədlərdən 29.02.2024-cü il tarixinədək CV-lərini   [email protected]   elektron ünvanına “Qeydiyyatçı” başlığı altında göndərmələri xahiş olunur.

Yuxarıda sadalanmış tələblərə cavab verən şəxslər müsahibəyə dəvət olunacaqlar.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.