"Azərbaycan Supermarket" MMC İnsan Resursları komandasında “Əmək haqqı üzrə kiçik mütəxəssis” vakansiyasını elan edir. Aşağıda vəzifənin detalları ilə tanış ola bilərsiniz:

Vəzifə öhdəlikləri:
· Əmək haqqı və mükafatlar üzrə menecer tərəfindən verilən əmək haqqı ilə bağlı bütün tapşırıqları icra etmək
· İşçilərin işlədiyini saatları müəyyənləşdirmək üçün davamiyyət cədvəllərinin yoxlanılması
· İşlənmiş saatlar, əlavə iş tarifləri, vergilər, dövlət sığorta ödənişləri və digər amilləri nəzərə alaraq işçilərin düzgün əmək haqqının hesablanması
· Tətil, xəstəlik, analıq və atalıq məzuniyyətlərinin işlənməsi
· İşçilərin davamiyyət cədvəlləri və maaş hesablanması və ödənişi vərəqələri ilə bağlı suallarının cavablandırılması
· Kompüter sisteminin köməyi ilə əlavə iş, tutulmalar, bonuslar və s. daxil olmaqla düzgün ödəniş məbləğlərinin hesablanması
· Vergilərin işlənməsi və işçilərə mükafatların ödənilməsi
· Saat tarifləri, əmək haqqı, kompensasiya müavinətləri, yeni işə qəbul və digər məlumatların izlənilməsi
· Əmək haqqı hesablaması üçün şirkət verilənlər bazası proqramları ilə işləmək
· Hesabatlar və ödənişlər üzrə rəqəmlərin düzgünlüyünün yoxlanılması

Vəzifə üzrə tələblər:


·  Biznes, İR, Mühasibatlıq və ya əlaqəli sahə üzrə təhsil
·  Müvafiq sahədə 1 il iş təcrübəsi
·  MS Office proqramları ilə işləmə bacarığı (xüsusilə Excel)
·  Ən azı pre-intermediate səviyyəsində ingilis dili
·  Sürətli öyrənmə və dəyişən mühitə qarşı çeviklik
·  Əla təşkilatçılıq və uyğunlaşma bacarıqları
·  Pərakəndə satış sahəsində təcrübə üstünlükdür
·  Əmək haqqı qanunvericiliyini yaxşı bilmək
·  Davamiyyət cədvəlinin və iş qrafikinin planlaşdırılması
·  Zamanın idarə edilməsi bacarığı
·  Sıx son möhlət tarixləri ilə işləmək bacarığı
·  Əla yazılı və şifahi ünsiyyət bacarıqları
·  İşçilərin şikayət və narahatlıqlarını həll etmək bacarığı
·  Yaxşı komanda oyunçusu
·  Təşəbbüskarlıq
·  Detallara qarşı diqqətlilik
·  Yeni şəraitlərə uyğunlaşma qabiliyyəti
·  Tələb olunan tapşırıqlarda keyfiyyət və etibarlılığa diqqət yetirmək
Vakansiya üzrə müraciətləri [email protected] elektron ünvanına mövzu bölməsində ““Əmək haqqı üzrə kiçik mütəxəssis” qeyd etməklə edə bilərlər.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.