“Bank Respublika” ASC UI/UX Dizayner vəzifəsi üzrə vakansiya elan edir.

 

Ümumi vəzifə öhdəlikləri:

 

  • Məhsul sahibi və proqramçılarla birgə iş nəticəsində müştəri tələblərinə/ehtiyaclarına, məhsulun mövzusuna, vizyonuna və biznes tələbinə uyğun UX və Uİ dizaynların yaradılması;
  • Yaradılmış dizaynların istifadəçi təcrübəsinin standartlar daxilində tam müasir metodlarla test edilməsi;
  • Son trendlərə uyğun dizayn prinsiplərinin tətbiq edilməsi və dizayn sistemin yaradılması, inkişaf etdirilməsi;
  • Yaradılmış rəqəmsal məhsulların interfeys dizaynının inkişaf etdirilməsi.
  • İnkişaf olunmuş məhsul və xidmətlər ilə əlaqəli təhlili həyata keçirtmək;
  • İstifadəçilər arasında cari zəif nöqtələri və ehtiyaclarını aşkar etmək üçün araşdırmaların aparılması;

Namizədə qarşı tələblər

  • Ali təhsil;
  • Dil bilikləri: Azərbaycan, Rus və ya İngilis dilləri üzrə səlis danışıq bacarığı;
  • Tamamlanmış layihələrin mövcud olması (portfolio);
  • Veb-saytların və mobil tətbiqlərin dizaynı üzrə təcrübə;
  • Qrafik redaktor və UI proqramlarla işləmə bacarığı (Photoshop / Illustrator / Figma və ya Adobe XD / Sketch);
  • Biznes tələblərinə uyğun UX dizayn və konseptlərinin hazırlanması ilə bağlı təcrübə (Web, mobile);
  • Tipoqrafika və adaptiv verstkalar üzrə bilikləri;
  • Yüksək səviyyədə vizual dizayn qabiliyyəti;
  • Agile yanaşma barədə ilkin biliklər;
  • Komanda daxilində yüksək ünsiyyətqurma qabiliyyəti.

 

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini email-in mövzu hissəsində UI/UX Dizayner şəklində qeyd etməklə 22 dekabr 2023-cü il tarixinədək [email protected] elektron ünvanına göndərə bilər. 

 

Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.