Təcrübəli Hüquqşünas axtarılır



Vəzifə öhdəlikləri

-    Qurumun daxili normativ sənədlərin layihələrinin hazırlanması;
-    Aidiyyatı bölmələrin normativ və digər sənədlərinin hazırlanmasında köməklik göstərilməsi, həmin sənədlərə dair hüquqi rəylərin və ümumi hüquqi dəstəyin verilməsi;
-     Vəzifə təlimatlarının hazırlanması;
-    Müqavilələrin və digər hüquqi sənədlərin hazırlanması və hüquqi ekspertizası;
-    Aidiyyatı dövlət orqanlarından, təşkilatlardan və vətəndaşlardan daxil olan sorğulara və şikayətlərə cavabların hazırlanması;
-   Məhkəmə iddialarının və ərizələrin, müəyyən məhkəmə işləri üzrə isə etiraz, vəsatət və şikayətlərin hazırlanmasının təmin edi

lməsi;
-   Qurumu məhkəmələrdə və müvafiq dövlət orqanlarında təmsil edilməsi.


Xüsusi tələblər
-   Hüquqşünaslıq, beynəlxalq hüquq ixtisası istiqamətlərində bakalavr və magistr təhsili ;
-   Hüquq sahəsində ən az 3 il təcrübə;
-   Yüksək yazı və ünsiyyət qabiliyyəti;
-   Əmək qanunvericiliyini, həmçinin mülki, mülki prosessual, inzibati və inzibati prosessual qanunvericiliyi üzrə yüksək biliklər. 

Müraciət üçün: [email protected] (Mövzu hissəsində müraciət olunan vakansiyanın adının qeyd olunması mütləqdir)
Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Qeyd: Vakansiya dövlət qulluğu olmayan vəzifələr üçün nəzərdə tutulmuşdur.

Son müraciət tarixi: 17.05.2024

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.