Direktor köməkçisi axtarılır

Tələblər:
Ali təhsil;
Müvafiq sahədə 3 il iş təcrübəsi;
Dil bilikləri: Azərbaycan və Rus dilləri səlis, İngilis dili orta səviyyədə;
MS Office proqramlarının (Word,Excel) mükəmməl bilik səviyyəsi;
Yuksək analitik və problemlərin həll etmə bacarıqları;
Təmkinli, stressədavamlı, biznes etikaya riayət etmək bacarığı;
Fikrini dəqiq, lokanik və özünə əminliklə təqdim etmə bacarığı:
Yaxşı ünsiyyət və danışıqların aparılma bacarıqları;

Vəzifə öhdəlikləri:
Direktorun iştirak edəcəyi iclaslarının, görüşlərin və konfransların planlaşdırılması, əlaqələndirilməsi və qrafikinin tərtib olunması;
Direktorun tapşırığı əsasında sənədlərin nəzərdən keçirilməsi, toplanması və məzmunu barədə rəhbərə məlumatın verilməsi;
Direktorun gündəlik göstərişlərini və tapşırıqlarını yerinə yetirilməsi;
Struktur bölmə r�

�hbərlərinə tapşırılmış işlərinin icra olunma statusu barədə direktora bildirmək;
Direktorun tapşırığına əsasən məktublar, sorğular və digər sənədlərin hazırlanması;
Direktorun imzalanmış sənədlərini və müəssisə direktorun adından göndərilən məktubların uçotunu aparmaq;
İşgüzar səfərlərin təşkil edilməsi və inzibati dəstək göstərilməsi, biletin alinması və otelin bron edilməsi;

İş şəraiti:
5-günlük iş həftəsi;
Əmək haqqı danışıq əsasında təyin edilir;
Nahar şirkət tərəfindən təmin olunur;
Tibbi sığorta ilə təmin olunma;
Karyera yüksəlişi imkanı;
Iş yeri: BEGOC Biznes Mərkəzi (Hilton otelinin yanı).
Qeyd olunmuş tələblərə cavab verdiyiniz halda CV- nizi [email protected] göndərin. Xahiş olunur CV-nizi göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd edəsiniz.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.