"Mühasib-uçotçu" vakansiyası aktivdir.



Tələblər:
-Ali təhsil;
-Müvafiq sahə üzrə 2-3 il iş təcrübəsi (Tikinti sahəsi üzrə təcrübə arzuolunandır); 
-Yaxşı səviyyədə kompüter bacarıqları (MS Office proqramları);
-Komandada işləmək bacarığı.

Vəzifə öhdəlikləri:
-Mühasibat uçotunun aparılması və maliyyə hesabatlarının tərtib edilməsini təmin etmək;
-Debitor və kreditorlarla hesablaşmalarda əməliyyatların vaxtında və düzgün aparmaq;
-Şirkətə daxil olan mal-materialın giriş-çıxış hərəkəti ilə bağlı əməliyyatları yoxlamaq, və müvafiq proqrama daxil etmək;
-Sənədləşmə işini aparmaq, müvafiq qaydada cari əməl

iyyatların, hesabatların və sənədlərin tərtibini həyata keçirmək;
-İşçi heyətinin əmək haqqı tabellərinin hazırlamaq;
-Rəhbərlik tərəfindən verilən tapşırıqların düzgün və vaxtında yerinə yetirmək.

İş şəraiti:
-6 günlük iş qrafiki;
-İş yeri: Ağdam (yaşam xərcləri şirkət tərəfindən qarşılanır);
-Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.

Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “Uçotçu-Ağdam” üzrə yazmaqla [email protected] elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.