İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi Yay Təcrübə Proqramı elan edir
Müraciət üçün ilkin tələblər:
Yerli və ya xarici dövlətlərin ali təhsil müəssisələrinin 4-cü kurs bakalavriat pilləsi, yaxud 1-ci və 2-ci kurs magistratura pilləsi üzrə təhsil almalı
Magistratura pilləsində təhsil alan namizədlərin bakalavr pilləsi üzrə yekun ümumi orta müvəffəqiyyət göstəricisi 75-80 baldan yuxarı olmalı
Təcrübə proqramının üstünlükləri:
Tələbələr üçün nəzəri biliklərini praktikada tətbiq etmək
Telekommunikasiya sahəsində praktiki bilik və bacarıqların formalaşdırılması məqsədilə keçiriləcək təlimlərdə iştirak imkanı
Təcrübə keçən tələbələrə proqramda iştirakla bağlı sertifikatın verilməsi
Proqramın müddəti: 01.07.2025 - 29.08.2025
Son müraciət tarixi: 19.05.2025
Müraciət üçün: https://icta.az/internship