“AZERA Holding” MMC tərkibindəki Binə Agro QSC-də  İR üzrə mütəxəssis vakansiyasını elan edir  
 


İş təsviri:


İşə qəbul prosesində iştirak etmək;
İşə qəbul olan işçilərin şəxsi işlərini hazırlamaq və 1C proqramına əlavə etmək;
İşə qəbul əmrlərinin, vəzifə dəyişikliyi əmrlərinin və məzuniyyət əmrlərinin yazılması, əmək və digər müqavilələrin hazırlanması;
Şirkətə aid olan kargüzarlıq işlərinin görülməsi;
ƏMAS portalında işə qəbul olan, vəzifə dəyişikliyi olan və işdən azad olan işçilərin qeydiyyatını aparmaq;
İşçilərə məzuniyyətlərin verilməsinin uçotunu aparmaq, verilən məzuniyyətlərin cədvəl üzrə istifadə edilməsinə nəzarət etmək;
Əmək qabiliyyətini müvəqqəti itirən işçilərin sənədlərinin portala işlənməsi.
 


Tələblər:


Ali təhsil
Müvafiq sahədə 2 ildən çox iş təcrübəsi
MC Office proqramlarında, 1C proqramında işləmək bacarığı
Müvafiq sahədə təlim və sertifikasiyalar üstünlükdür.
Çevik, stressədavamlı, kollektivlə işləmə bacarığı
 


İş şərtləri:


ƏM-nə uyğun rəsmiləşdirilmə
6 günlük iş qrafiki
Əmək haqqı 800-900 AZN
Nahar və servis şirkət tərəfindən təmin olunur (Servis ünvanları: Koroğlu mst, Hövsan, Türkan qəsəbələri).

Ünvan: Bakı şəhər, Binə Savxozu

Uyğun olan namizədlərdən cv-ni vakansiyanın və şirkətin adı mövzu hissəsinə yazmaqla [email protected] elektron poçt ünvanına göndərməyiniz, və ya 0123114126 nömrəsi ilə əlaqə saxlamağınız xahiş olunur.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.