İnsan Resursları üzrə koordinator vakansiyası

 

Cənubi Qafqazın ən böyük metallurgiya müəssisəsi olan Baku Steel Company İnsan Resursları üzrə koordinator axtarışındadır:

𝑻ə𝒔𝒗𝒊𝒓:
⬝Əmək qanunvericiliyinə əsasən işçilərin şəxsi işlərinin formalaşdırılması;
⬝Kadr sənədləşməsinə mütəmadi nəzarətdə saxlanılması;
⬝Kargüzarlığın aparılmasına dair Təlimat qaydalarına əsasən sənədlərin qeydiyyatının və saxlanılmasının təşkil edilməsi;
⬝İşçi heyəti üçün keçmiş və hazırkı əmək fəaliyyətləri haqqında arayışlarının verilməsi;
⬝İşçi heyətinin əmək kitabçalarının doldurulması, qeydiyyatı və saxlanılması;
⬝İşçilərin əmək stajının hesablanması müvafiq proqramalara işlənilməsi; 
⬝Cəmiyyətin işçi heyətinin işə davamiyyət qeydiyyatının aparılmasını birbaşa təmin etmək; 
⬝Cəmiyyət üzrə faktiki işlənilmiş vaxtın, boşdayanma, xəstəlik, məzuniyyət vaxtının və iş vaxtının digər istifadə formalarının qeydiyyatının aparılması və elektron proqrama (1C) daxil edilməsi; 
⬝Müdiriyyətin tələbi ilə müxtəlif sənədlərin hazırlanması və tapşırıqların yerinə yetirilməsi;
⬝Texniki təhlükəsizlik, əməyin mühafizəsi, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarına riayət etmək;
⬝Cəmiyyət tərəfindən qəbul olunmuş daxili əmək intizamı qaydalarını yerinə yetirmək;
⬝ISO 9001(Keyfiyyət idarəetmə sistemi) standartı barədə ümumi məlumatı, o cümlədən müəssisənin siyasət və məqsədlərini bilmək.

𝑻ə𝒍ə𝒃𝒍ə𝒓:
⬝Ali təhsil (Menecment, İqtisadiyyat, Sosial Elmlər, İnsan Resurslarının İdarə Edilməsi və s.);
⬝İnsan Resursları sahəsində minimum 2 il iş təcrübəsi; 
⬝Əmək Qanunvericiliyi üzrə yetərli biliklər; 
⬝Azərbaycan dili üzrə səlis şifahi və yazılı ünsiyyət (leksik və qrammatik normalara riayət etmək); 
⬝MS Office, 1C proqramlarında işləmək bacarığı; 
⬝Güclü ünsiyyət və komandada işləmək bacarığı; 
⬝Araşdırma, detallara qarşı diqqətlilik və qərarvermə bacarıqları.

Ə𝒍𝒂𝒗ə 𝒎ə𝒍𝒖𝒎𝒂𝒕𝒍𝒂𝒓:
⬝İş qrafiki: 5 günlük iş həftəsi; 
⬝İş yeri: Bakı şəh., Mir Cəlal küç., 15 (Dərnəgül).

Müraciətlərinizi [email protected] e-mail ünvanına başlığı altında “İ𝐧𝐬𝐚𝐧 𝐑𝐞𝐬𝐮𝐫𝐬𝐥𝐚𝐫ı ü𝐳𝐫ə 𝐤𝐨𝐨𝐫𝐝𝐢𝐧𝐚𝐭𝐨𝐫” qeyd edərək yönləndirməyiniz xahiş olunur.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.