A+CO OJSC “Risklərin idarəedilməsi üzrə kiçik mütəxəssis” vəzifəsi üzrə işçi axtarışı elan edir.



Vəzifə öhdəlikləri:
• Risklərin idarəedilməsi strategiyası və siyasətinə riayət edilməsinin monitorinqini aparmaq;
• Problemli müştərilərlə işləməyi bacarmaq;
• Risk limitlərinə riayət olunmasına daimi nəzarəti həyata keçirmək və pozuntular barədə dərhal məlumat vermək;
• Risklərin idarə edilməsi prosesində lazımi hesabatlıqları tərtib etmək;
• İnsidentlərin idarəolunması sistemi çərçivəsində bildirilmiş insidentləri təhlil etmək, risklərin aradan qaldırılması üçün təkliflər vermək.

Tələblər:
• Ali təhsil (Maliyyə, İdarəetmə, İqtisadiyyat);
• Risklərin idarəedilməsi və

biznes prosesləri üzrə nəzəri biliklər;
• Dil bilikləri: Azərbaycan dili sərbəst, Rus dili və İngilis dili arzuolunandır;
• MS Office proqramlarından istifadə etmək bacarığı;
• Məsuliyyətlilik, komanda ilə iş bacarığı, stressə davamlılıq.

İş şəraiti:
• İş yeri: Xırdalan şəhəri;
• İş qrafiki: 5 günlük iş qrafiki, saat 09:00-18:00;
• Nahar, korporativ nömrə və iş yerinə çatdırılma servis xidməti ilə şirkət tərəfindən təmin olunur.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Risklərin idarəedilməsi üzrə kiçik mütəxəssis" yazaraq [email protected] ünvanına göndərilməsi xahiş olunur.

Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.