“Qızlar oxusun” layihəsi və “PM Talks” platformasının birgə təşkilatçılığı ilə "Qızlar dəyişiklik edir: Layihələrin idarə edilməsi" adlı təqaüd proqramı üçün müraciətlərin qəbulunu açıq elan edirik!

 2 ay ərzində davam edəcək proqramda iştirakçılar layihələrin idarə edilməsi ilə bağlı nəzəri və praktiki biliklərə yiyələnəcək, mentor dəstəyi əldə edəcəklər. Dərslər həftədə 2 və ya 3 dəfə olmaqla, onlayn formatda həyata keçiriləcəkdir. 

 Proqramda kimlər iştirak edə bilər? 

 Azərbaycanın istənilən bölgəsindəki orta məktəblərin, orta ixtisas və ali təhsil müəssisələrinin məzunları (Bu proqram tələbələr üçün nəzərdə tutulmayıb.); 

 Bir və ya hər iki valideynini itirmiş, valideyn himayəsindən məhrum olan, təhsil almasına məhdudiyyət qoyulmuş və ya maddi çatışmazlıq yaşayan şəxslər; 

 Erkən yaşda evləndiyi və ya övlad sahibi olduğu üçün təhsilini yarımçıq qoymuş və karyerasını yenidən planlamaq istəyən gənc analar.

 Qeydiyyat forması: https://forms.gle/sgiTVrbgZyDMyKkw8 

 Müraciət üçün son tarix: 27 aprel 2024-cü il (saat 23:59) Qeyd edək ki, yalnız uğurlu namizədlər növbəti seçim mərhələsi barəsində məlumat əldə edəcəklər. Yarıda qalmasın, qızlar oxusun!

 

forms.gle

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.