Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda “Kreditlərin Bərpası Departamenti,Yığım şöbəsi,mikro və istehlak kreditlərinin bərpası üzrə kiçik mütəxəssis/mütəxəssis” vakansiyasını elan edirik.

Struktur: Kreditlərin Bərpası Departamenti
Vəzifə: Kiçik mütəxəssis/mütəxəssis
Bilavasitə tabeçiliyi: Birbaşa rəhbər


Vəzifə öhdəlikləri: 

  • Mövcud məlumat bazası əsasında gecikdirilmiş ödənişlər, borclar və borcların alınması müddətləri haqqında borclularla danışıqlar aparmaq;
  • Görülmüş işlər haqda məlumatları informasiya sisteminə daxil etmək;
  • Müvafiq şöbənin iş fəaliyyətinə dəstək olmaq;
  • AR-in banklar və bank fəaliyyəti haqqında qüvvədə olan qanunvericilik, AR MB-nın filialların və kredit təşkilatlarının bölmələrinin fəaliyyət məsələləri üzrə normativ sənədlər və əmək qanunvericiliyi haqqında biliklərə sahib olmaq;
  • Görülən işlər haqqında müvafiq hesabatlar hazırlamaq

Tələblər:

  • Ali təhsil;
  • Tələb olunan sahə üzrə minimum 1 il iş təcrübəsi:
  • Kompüter bilikləri : Microsoft Office programs (Excel, Power Point, Word)
  • Problemləri həll etmə bacarığı;
  • Ünsiyyət qurmaq bacarığı;
  • Riyazi biliklər;
  • Komandada işləmək bacarığı

Biz Sizə nə təklif edirik:

  • Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
  • Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
  • Tibbi sığorta proqramına qoşulma;
  • Müasir idarəetmə sistemi və mehriban kollektiv.

Siz elektron poçtun “mövzu” yerinə “Yığım şöbəsi/mütəxəssis” qeyd etməklə öz CV-lərinizi [email protected] ünvanına göndərə bilərsiniz.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaqdır.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.