Yeni tədris ilindən universitetə sənəd qəbulu tam rəqəmsallaşacaq.
Agentliyimiz Elm və Təhsil Nazirliyinin universitetə sənəd qəbulu prosesini rəqəmsallaşdırmasına dəstək göstərib.
Belə ki, bu tədris ilindən AzTU-ya qəbul olanlardan sənədlər tam rəqəmsallaşdırılmış formada tələb olunacaq.
Qeyd edək ki, prosesinin rəqəmsallaşması zamanı müvafiq altsistemlərə inteqrasiya və məlumatların ötürülməsi “digital.bridge” üzərindən həyata keçirilib. Bu addımın məqsədi “Kağızsız hökumət”ə keçidin sürətlənməsi, rəqəmsallaşmanın imkanlarından istifadə etməklə vətəndaşlar üçün əməliyyatların sadələşdirilməsidir.
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.