Azərbaycan Mühəndislər Birliyinin təşkilatçılığı və UFAZ-ın dəstəyi ilə 20 sentyabr "Neftçilər Günü"nə həsr olunmuş neft-qaz sənayesi üzrə "Gələcəyin Neftçiləri" olimpiadası keçiriləcək.

Suallar ümumi neft-qaz sənayesini - Neft-Qaz, Kimya, Mexanika və Geologiya/Geofizika mühəndisliyini əhatə edəcək.

Qaydalar:
 Olimpiadada istənilən universitetdən bakalavr tələbələri iştirak edə bilər.
 Komandada 4 nəfər iştirakçı olmalıdır (kapitan və 3 komanda üzvü).
 Komanda hər hansı bir universiteti təmsil etməlidir (komandadakı iştirakçılar eyni universitetin tələbələri olmalıdır).

 Olimpiada 2 mərhələdə keçiriləcək: qrup və final mərhələsi.
 Suallar 1, 3, 5 xal dəyərində, Azərbaycan dilində olacaq.

Qalib komandalara təqdim olunacaq:
🥇 Kubok, diplom, texniki gəzinti, müxtəlif hədiyyələr
🥈 Diplom, müxtəlif hədiyyələr
🥉 Diplom, müxtəlif hədiyyələr

Tarix: 17.09.2022
Saat: 10:00
Məkan: UFAZ
Son qeydiyyat tarixi: 15.09.2022, 12:00

🔗 Qeydiyyat linki: https://bit.ly/3qmFyvU

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.