Aqrar İnnovasiya və Təchizat Şirkətində "Marketinq üzrə kiçik mütəxəssis" vakansiyası

Namizədə olan tələblər:
·          Marketinq və ya iqtisadiyyat sahəsində nəzəri biliklər;
·          Sahə üzrə ən azı 1 il iş təcrübəsi;
·          Azərbaycan, Rus və İngilis dillərində yaxşı səviyyədə danışıq;
·          "B" kateqoriyalı sürücülük vəsiqəsinin olması arzuolunandır;
·          MS Word və MS Excel proqramlarında orta səviyyədə işləmə bacarığı;
·          Yüksək səviyyədə kommunikasiya və komanda ilə işləmə bacarığı;
·          Məsuliyyətlilik və punktuallıq;
·          Bölgələrə ezamiyyətlərə hazır olmalı.
 
Vəzifə öhdəlikləri:  
-        Marketinq kommunikasiyaları istiqaməti üzrə ixtisaslaşır;
-   &

nbsp;    Sərgilər, yarmarkalar, təqdimat və açılış tədbirləri və s. təşkilində iştirak edir;
-        POP/POS materialların hazırlanmasını təmin edir, mətbəələr və kreativ agentliklərlə işi təşkil edir;
-        Satış nöqtələrinin brendləşməsi üzrə sifarişləri icra edir;
-        Kütləvi informasiya vasitələri ilə işlərin təşkilində iştirak edir
 
İş şərtlərimiz:
·          Əmək haqqı: 500 – 700 AZN;
·          İş qrafiki : Tam iş günü (5 gün);
·          İş saatları: 08:30-17:30.

Ünvan: Ziya Bünyadov 1965, "Çinar Park" Biznes Mərkəzi 1-ci bina, 3-cü mərtəbə.
 
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Marketinq üzrə kiçik mütəxəssis” yazaraq  [email protected] ünvanına göndərmələri xahiş olunur.  Yalnız göstəriciləri tələblərə uyğun olan namizədlərlə əlaqə saxlanılacaq.
 

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.