Yüksək xidmət haqqı ilə 3 aylıq İdarəçilik üzrə təcrübə proqramı

 

İdarəçilik sahəsində təcrübə qazanmaq istəyən şəxslərin nəzərinə!  ADM 3 aylıq təcrübə proqramı elan edir!

 

Ümumi məlumat:

Gənclər təhsil sahəsində keçirdiyi layihələrlə geniş auditoriyanı əhatə edən Azərbaycan Diplomatiya Mərkəzində peşəkar karyera qurmaq üçün ilk addımlarını atacaqlar:

Təcrübə proqramının müddəti: 3 ay

Başlama tarixi: 15 Oktyabr 2022

                          15 Yanvar 2022

Həftənin 5 günü iş prosesi (xidmət haqqı ilə);

 

Tələblər:

İqtisadiyyat, Menecment, Beynəlxalq Münasibətlər, Regionşünaslıq, Sosial İş və əlaqəli ixtisaslarda təhsil alan II, III, IV kurs və ya magistr tələbələri və ya yeni məzun;

18-30 yaş aralığı;

Səlis Azərbaycan dili;

Xarici dil bilikləri: İngilis dili (min. B2), Türk və Rus dili (arzuolunandır);

Öyrənməyə həvəsli, detallara diqqətli, punktual və məsuliyyətli, gülərüz və çevik;

Həvəsli, bacarıqlı və tələbkar;

Komandada işləmək bacarığı;

MS Office baza bilikləri;

 

Təcrübəçilərə 3 aylıq müddət üçün ayrılan xidmət haqqı bilik və təcrübəsindən asılı olaraq ümumilikdə 600-800 AZN təşkil edir.

 

Son müraciət tarixi: 22 Oktyabr

Müraciət üçün: Mövzu hissəsində “ADM Təcrübə proqramı” yazaraq [email protected] e-mail ünvanına göndərməyiniz tələb olunur.

 

Əlaqə nömrəsi : +994 50 800 11 13

Ünvan : Bakı şəh., Səbail ray., Zərifə Əliyeva küçəsi 55, Yeni Həyat Plaza

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.