"Kaspi" Təhsil Şirkəti Administrator vəzifəsi üçün vakansiya elan edir.

 

Minimum vakansiya tələbləri:

  • Orta təhsil
  • Sahə üzrə minimum 2 il iş təcrübəsi 
  • Azərbaycan dilində yaxşı səviyyədə danışmaq və yazmaq bacarığı
  • Dəqiqlik, düzgünlük, məsuliyyətlilik və intizamlılıq
  • Çeviklik və qısa zamanda qərar vermək bacarığı
  • Şifahi ünsiyyət bacarığı
  • Təxirəsalınmaz ilkin tibbi yardım biliyinin olması arzuolunandır
  • İctimai təhlükəsizlik və əmlakla bağlı təhlükəsizlik qayda və normaları üzrə biliklər arzuolunandır
  • Fiziki güc və xüsusi mühafizə vasitələrindən istifadə bacarığı

 

Vəzifə öhdəlikləri:

  • Mühafizə əməliyyatları ilə əlaqədar qanuni və texniki tələblərə riayət etmək.
  • Təhlükəsizliyin təmin olunması ilə əlaqədar göstərişləri qəbul etmək və zəruri halda aydınlaşdırmaq.
  • Mühafizə qaydaları və standart prosedurlara uyğun olaraq obyekti təhvil almaq və təhvil vermək.
  • Müvafiq ərazilərdə təhlükələr mövcud olduğu halda onların yerini aşkar etmək, aradan qaldırmaq və aidiyyəti rəhbərliyə məlumat vermək.
  • Təlimatlara əsasən bina və qurğuları mühafizə etmək;
  • Mühafizə kameralarının işinə nəzarət etmək.
  • Tapşırığın davam etdiyi müddət ərzində müvafiq şəxslər ilə rabitə yaratmaq üçün informasiya mübadiləsi vasitələrindən istifadə etmək.
  • Mühafizə işləri ilə əlaqədar mümkün riskləri müəyyən etmək, onların özünə, digərlərinə, ev və binalara risk dərəcəsini qiymətləndirmək və təkliflər vermək.
  • Dəyişən vəziyyətə nəzarət etmək və mühafizəni təmin etmək məqsədi ilə vəzifə və səlahiyyətləri çərçivəsində müvafiq tədbirlər görmək.
  • Şirkətə daxil olan şəxslərə ilkin ünsiyyət qurmaq, yardımçı olmaq, lazım gəldiyi təqdirdə yönləndirmə və məlumatlandıma işini görmək.
  • Kommunal xidmətlərə (qaz, su, işıq) nəzarət;
  • Kommunal ödənişlərin edilməsi;
  • Təsərrüfat, yeyinti (şirniyyat, şəkər tozu, meyvə və s,) və dəftərxana ləvazimatlarının təchizatı;
  • Şirkətin əmlak və avadanlıqlarından məqsədyönlü istifadə olunmasına və  saxlanılmasına nəzarət.
  • Otaqların havalandırılması, istiliyi, sərinliyi, və təmizliyinə gündəlik nəzarət;
  • Mütəxəssis tələb olunmayan təmir işlərinin aparılması;
  • Təhsil alan uşaqların valideynlərdən qəbuluna və valideynlərə təhvil-təsliminə nəzarət;
  • Şirkətə daxil olan və tərk edən insanlara ümumi nəzarət.
  • Ekskursiya, bayram və digər tədbirlərin təşkilində iştirak.
  • Şirkətin fəaliyyəti ilə bağlı ehtiyac olan digər işlərin yerinə yetirilməsi.
  • Şirkətin rəhbərinin və menecerinin şirkətin  fəaliyyəti ilə bağlı tapşırıqlarının yerinə yetirilməsi.
  • Yaranmış və ya yarana biləcək çətinlikləri vaxtında və tam şəkildə aradan qaldırmaq və ehtiyac olduğu halda bu barədə birbaşa rəhbəri məlumatlandırmaq.

 

İş yeri: “Kaspi Nərimanov” MMC 

Son müraciət tarixi: 15.11.2022
 

• Maraqlananlar www.kaspi.edu.az veb səhifəsinin Karyera bölməsindən yaxud https://www.kaspi.edu.az/career/ linkindən daxil olaraq İşə müraciət formasını doldurmaqla müraciət edə bilərlər.

• Yalnız müraciət formaları ilkin baxışdan uğurla keçən namizədlərlə əlaqə saxlanılacaq.

İŞƏ MÜRACİƏT FORMASI

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.