Qəbələ rayonunun ən ucqar kəndlərindən olan Əmirvan kəndinin Yadigar Vəliyev adına tam orta məktəb şagirdləri üçün Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 6-cı qrant müsabiqəsi çərçivəsində maliyyə dəstəyi ilə həayata keçirilən «SkillsUp» layihəsi uğurla davam edir. Layihənin ilk hissəsi onlayn, 2-ci hissəsi isə məktəbin özündə icra olunmaqdadır.
Layihə ərzində şagirdlərə
- Ünsiyyət bacarıqları
- Tənqidi təfəkkür
- Komanda işi və liderlik
- Gələcəyin bacarıqları və peşələri
- Düzgün qərar qəbul etnək
- Maliyyənin idarə olunması və.s mövzularda təlimlər keçirilir, praktiki olaraq tədbiq olur, həmçinin məktəbdə «Kareyra Mərkəzi» nin yaradılması planlaşdırılır.
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.