Milli Aviasiya Akademiyası “Peşəkar ingilis dili” kafedrasına laborant vakansiyası üzrə müsahibə elan edir

 

Vəzifə öhdəlikləri:

  • Kafedranın tədris və elmi işlərinin təşkilində yaxından iştirak etmək;
  • Tədris məşğələlərinin gedişi prosesində fənn müəlliminə köməklik göstərmək;
  • Kafedrada keçiriləcək dərslərin qrafikini tənzimləmək, dərs cədvəlini tərtib etmək və dərs yükünü hesablamaq;
  • Kafedranın təşkilati tədbirlərində iştirak etmək;
  • Kafedra əməkdaşlarının aylıq əmək haqqı cədvəlinin (tabel) hazırlamaq;

     

Tələblər:
 

  • “Təhsil haqqında”, “Elm haqqında” və “Aviasiya haqqında” Azərbaycan Respublikasının qanunları üzrə biliklər;
  • Elm və təhsil sahələrinə dair Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları üzrə biliklər;
  • Azərbaycan Respublikası Nazirlər Kabinetinin aidiyyəti qərar və sərəncamları üzrə biliklər;
  • Tədrisin təşkili qaydaları üzrə biliklər;
  • Tələbələrlə davranış qaydaları üzrə biliklər;
  • Minimum təhsil dərəcəsi: Tam ali;
  • Təhsil istiqaməti/ixtisası: Peşə yönümlü ingilis dili istiqaməti;
  • Yaş: 25-40 yaş;
  • İş təcrübəsi: tələb olunmur.

     

Fərdi keyfiyyət göstəriciləri:

  • Koordinasiya etmə bacarığı;
  • Tədris planları və proqramlarla işləmək bacarığı;
  • Təşəbbüskarlıq və tələbkarlıq;
  • İntizamlılıq;
  • Vəzifə öhdəliklərini tam və vaxtında icra etmək bacarığı;
  • Nəticəyönümlülük və dəqiqlik.

     

Dil və kompüter bilikləri:

  • Azərbaycan dili – əla, ingilis dili – əla;
  • MS Excel, Word proqramlarda işləmək bacarığı.

     

Tələb olunan sənədlər:

  • Şəxsiyyəti təsdiq edən sənədin surəti;
  • Tərcümeyi-hal (CV – şəkilli, Azərbaycan dilində);
  • Ali təhsil diplomunun surəti;
  • Magistr dərəcəsi və İELTS sertifikatının olması üstünlükdür.

     

Əlavə məlumatlar:

  • Ofisdaxili;
  • İş qrafiki: I-V günlər, 08:30-17:00;
  • Ünvan: Bakı şəh., Mərdəkan pr., 30, AZ1045.

     

Vakansiyaya son müraciət tarixi: 02.02.2025

Namizədlər tələb olunan sənədləri [email protected]  e-mail ünvanına göndərə bilərlər (mövzu hissəsinə “Laborant” qeyd olunması mütləqdir).

Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.