Avrora MMC “Məhsul Meneceri” vakansiyasını elan edir! 



Əsas vəzifə öhdəlikləri:


·   Portfelində mövcud olan məhsulların satışlarını artırmaq məqsədilə ticarət nöqtələrində aksiyaların keçirilməsinin planlaması və reallaşdırması;
·   Məhsul çeşidi əsasında satış və geri qaytarma nəticələrinin təhlil edilməsi və SKU optimazasiyasının aparılması;
·   Rəqib şirkətlərin bazarda fəaliyyətləri və qiymət strategiyalarının təhlil edilməsi, təhlil zamanı yaranan fürsətlərin, risklərin dəyərləndirilməsi, portfelinə uyğun lazımi tədbir planının hazırlanması;
·   Portfelində mövcud olan məhsulların, tədbir planına əsasən, zəruri reklam materiallarının formatının, sayının, növünün və büdcəsinin təhlil edilməsi, ərazidə yerləşməsinə və effektiv istifadəsinə nəzarət edilməsi;
·   Həvalə edilmiş kateqoriya üzrə inkişaf strategiyasına cavabdehlik daşıması, portfelinin optimizasiyasının, yeni məhsulların buraxılmasının və aktual olmayan məhsulların delistinin həyata keçirilməsi;
·   Cari və növbəti illər üçün menecerə həvalə edilən kateqoriya üzrə satış və mənfəətlilik planlarını təhlil edilməsi;
·   Marketinq planının hazırlanmasında iştirak edilməsi və həmin plan üzrə müxtəlif marketinq tədbirlərinin həyata keçirilməsi (reklam kampaniyaları, təqdimatlar və s.);
·   Brend üzrə qiymət siyasətini mütəmadi təhlil edilməsi və inkişaf etdirilməsi;
·   Məhsulun bazarda mövqeyinin izlənilməsi (məhsul satışının gedişatı və bunun üçün tələbat), istehlakçıların məhsula münasibətinin müəyyənləşdirilməsi, brendin imicinin müntəzəm tədqiqatının aparılması.

 


Tələb olunan bilik və bacarıqlar:


·  Dəqiqlik, detallara diqqət bacarığı; 
·  Analitik düşüncə bacarığı;
· Komanda ilə işləmə bacarığı;
·  Təqdimat proqramlarında işləmək bacarığı ( PowerPoint və s.);
·  Excel.
 



Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:


·    Təhsil: Ali təhsil (Marketinq ixtisası üzrə bakalavr dərəcəsi) 
·    İş təcrübəsi: Məhsul Marketinq sahəsi üzrə min. 2-4 il iş təcrübəsi



İş şərtlərimiz:


·    İş qrafiki: Tam iş günü (5 gün);
·    İş saatları: 09:00-18:00;
·    İş yeri: Bakı şəh., Aşıq Molla Cümə küç., 46C.



Biz nə təklif edirik:


·   Əmək bazarında rəqabətli əməkhaqqı;
·   İşçilərə qayğı proqramı;
·   Peşəkar komanda mühiti;
·   Nahar;
·   Şirkət hesabına korporativ nömrə;
·   Təlim və inkişaf imkanları.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Məhsul Meneceri” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.