“Bank Respublika” ASCTəşkilati departamentinə Sürücü vəzifəsi üzrə vakansiya elan edir.

 

Ümumi vəzifə öhdəlikləri:

 

  • Ona həvalə olunmuş nəqliyyat vasitəsi ilə kart məhsullarının müştərilərə təqdim olunması;
  • Həvalə olunmuş nəqliyyat vasitəsinin qorunması və yararlı vəziyyətdə saxlanılmasını təmin etmək;
  • Təhlükəsizlik qaydalarına riayət etmək;
  • Rəhbərliyin avtomobilinin sürülməsi ilə bağlı ona həvalə edilmiş vəzifələri həyata keçirmək.

 

Namizədə qarşı tələblər:

  • Sahə üzrə 2 il təcrübə;
  • Yol hərəkəti qaydalarını bilməli;
  • “B” kateqoriyalı sürücülük vəsiqəsi olmalı (“BC” kateqoriyalı vəsiqənin olması arzuolunandır);
  • Nəqliyyat vasitəsini idarə edərkən yol hərəkəti qaydalarına və təhlükəsizlik tədbirlərinə ciddi riayət etməli;
  • Diqqətli, səbrli və təmkinli olmalı;
  • İntizamlı və məsuliyyətli olmalı.

 

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 11 Dekabr 2023-cü il tarixinədək email-in mövzu hissəsində Sürücü qeyd edərək [email protected] elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.

 

Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

 

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.