Hazırda komandamızda "İşə qəbul üzrə mütəxəssis" vakansiyası aktivdir.

Vəzifə öhdəlikləri:
- İşçi ehtiyaclarının araşdırılmasında və təsdiqi prosesində iştirak etmək;
- Daxil olan müraciətləri təhlil etmək, səriştəsi, təcrübəsi, bilikləri tələb edilən işçinin lazımi xüsusiyyətlərinə uyğun hesab edilən namizədləri test və ya müsahibə mərhələsinə dəvət etmək;
- Ümumilikdə işə qəbul və yerləşdirmə işinin (vakansiyalar üzrə namizədlərin tapılması, müsahibələrin aparılması, namizəd haqqında struktur rəhbəri ilə birgə işə qəbul barədə qərar vermək) təşkil etmək;
- Uğurlu namizədlərlə bağlı referanslar almaq;
- Müsahibə nəticələri barədə namizədlərə geridönüş etmək;
- İşə qəbul hesabatlarını hazırlamaq;
- Gələcəkdə işə qəbul ehtiyaclarını proqnozlaşdırmaq üçün struktur bölmə rəhbərləri ilə ehtiyac üzrə plan hazırlamaq;
- Əmək yarmarkalarında və karyera tədbirlərind�

� müntəzəm iştirak etmək.

Namizədə dair tələblər:
- Təhsil: Ali təhsil (iqtisadiyyat və ya idarəetmə ixtisas qrupu);
- Müvafiq sahədə minimum 2 il iş təcrübəsi;
- Azərbaycan dili-səlis, Rus dili, İngilis dili arzuolunan;
- Azərbaycan Respublikasının Əmək Məcəlləsi bilikləri;
- İşə qəbul müsahibələrinin aparılması bacarığı;
- Səlis danışıq qabiliyyəti;
- Kollektiv ilə işləmə bacarığı.

İş qrafiki:
- İş saatları 09:00 – 18:00;
- Nahar ilə təmin edilmə;
- İş yeri: Bakı şəhəri Huseynbala Əliyev16
- Əmək haqqı müsahibə əsasında təyin olunur.

Əlaqə:
Vakansiya ilə bağlı müraciət üçün CV formasını mesaj qutusuna və ya e-mail vasitəsilə mövzu yerinə “İşə qəbul üzrə mütəxəssis” yazmaqla "[email protected]" elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.