"Aqrar İnkişaf Könüllüləri" Təşkilatının təşkilatçılığı, Azərbaycan Respublikasının Gənclər Fondunun (Azərbaycan Gənclər Fondu / Azerbaijan Youth Foundation) və Azərbaycan Könüllü Təşkilatları İttifaqının (Azərbaycan Könüllü Təşkilatları İttifaqı) dəstəyi ilə ənənəvi yay düşərgələrimizdən olan "Zubr" Yay Düşərgəsi layihəsinə start verilir.

Layihənin məqsədi gənclərin hər tərəfli inkişafına, onlar arasında yeni dostluq əlaqələrinin qurulmasına, dünyagörüşlərinin artırılmasına və aqrar sahə təsəvvürlərinin yaranmasına zəmin yaratmaqdır.

16, 17 və 18 avqust tarixlərində həyata keçiriləcək düşərgə çərçivəsində gənclərin şəxsi inkişafı, aqrar sahə biliklərinin artırılması və səmərəli vaxt keçirməsi, sosial təlimlər, müxtəlif oyunlar, ekskursiyalar və əyləncə proqramlarının həyata keçirilməsi istiqamətində bir sıra fəaliyyətlər planlaşdırılmışdır.

Layihədə iştirak etmək üçün qeydiyyat linki: https://forms.gle/MucxfGMpu7AxwqwX8

Son müraciət:

07.08.2022 23:59

 

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.