Təhsil TV qrafik dizayn üzrə kiçik mütəxəssis vakansiyası elan edir! 

 

Tələblər:

 dizayn sahəsində minimum 1 il iş təcrübəsi;

 “Adobe Photoshop” və ya “Adobe Illustrator” proqramlarını yaxşı səviyyədə bilmək (əlavə proqram biliyi üstünlükdür);

 çap materialları ilə işləmək bacarığı;

 reklam bazarı və müasir trendlərdən xəbərdar olmaq;

 operativlik, məsuliyyətlilik və kreativlik.

İşin təsviri:

 gündəlik, həftəlik və yaxud aylıq məzmun planı əsasında dizayn işləri ilə bağlı öhdəliklərin yerinə yetirilməsi;

 sosial şəbəkə üçün paylaşım postlarının dizaynı;

 materialların çapa hazırlanması və göndərilməsi;

 verilmiş təlimatlar əsasında dizayn işlərinin vaxtında və yüksək keyfiyyətlə həyata keçirilməsinin təmin edilməsi;

 korporativ üsul və brenddən istifadə qaydalarına uyğun olaraq, brendin dizayn işlərinin hazırlanması və təhvil verilməsinə görə cavabdehlik;

 şirkətin fəaliyyəti ilə bağlı korporativ və promomaterialların dizayn işlərinin icrası.

İş vaxtı: həftəiçi hər gün saat 09:00-dan 18:00-dək.

Maraqlanan şəxslər CV-lərini  [email protected] elektron poçt ünvanına göndərə bilərlər. Başlıqda isə “Qrafik dizayn üzrə kiçik mütəxəssis” qeyd edilməlidir.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.