Azərbaycan Texniki Universitetinin (AzTU) Strateji inkişaf şöbəsinə strateji planlaşdırma və icraya nəzarət mütəxəssisi vəzifəsinə vakansiya elan olunur.

 

Tələblər:

· Ali təhsil (biznes idarəçiliyi, iqtisadiyyat, menecment, strateji idarəetmə, təhsil və ya müvafiq sahədə);

· Yaxşı səviyyədə ingilis dili bilikləri, (rus dili arzuolunandır);

· Minimum 1 il iş təcrübəsi (universitetlər və ya təşkilatlarda strateji planlaşdırma və icra proseslərinə nəzarət sahəsində təcrübə arzuolunandır);

· Komanda ilə iş bacarığı;

· İnformasiya texnologiyaları, proqram təminatı, layihə idarəetmə proqrmaları (MS Project, Asana, Trello və s.);

· Güclü ünsiyyət və dinləmə bacarıqları;

· Yüksək təşkilatçılıq və analitik düşünmə bacarıqları. 

Öhdəliklər:

· Strateji planların hazırlanması və inkişafı;

· Planlaşdırma ilə bağlı icra proseslərinə nəzarət edilməsi;

· Resursların effektiv istifadəsinin təmin edilməsi;

· Daxili və xarici mühitdə maraqlı tərəflərlə təhlillərin aparılması;

· Əlaqələndirmə və kommunikasiya;

· Strateji məqsədlərə uyğun dəyişiklik və təkmilləşdirmələrin təklif edilməsi.

 Tələblərə uyğun namizədlər mövzu yerində mövcud vakansiya adını qeyd etməklə öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.

Qeyd edək ki, Azərbaycan Texniki Universitetinin məzunlarına üstünlük verilir. 

Müraciət üçün son tarix: 05.02.2025-ci il saat 18:00

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.